Əhali arasında yayılan xəstəlik koronavirusla bağlıdır? - AÇIQLAMA
"Əslində hazırda Azərbaycanda yayılan qripin koronavirusla əlaqəsi yoxdur. Çünki xəstələrdən respirator yaxma analizi götürəndə neqativ çıxır. Bu da onu göstərir ki, bu, çox yayılan xəstəlik koronavirus deyil".
Bunu BiG.AZ-a infeksionist-hepatoloq Mərdan Əliyev ölkədə son vaxtlar yayılmış virusla bağlı danışarkən deyib.
Həkim bildiirb ki, bir çoxlarının yoluxduğu xəstəliyin adı "Influenza" virusudur:
"Hazırda geniş yayılmış bu xəstəlik qrip virusudur – "Influenza", yəni bildiyimiz qrip. Bu qrip kəskin respirator virus infeksiyasıdır. Biz bunlara qripəbənzər xəstəliklər deyirik. Bunlar 200-dən çox virusu birləşdirir. Amma qrip bunların içində əslində yüngül sayılmır, əksinə ən ağır keçəndir.
Qrip də ağır gedir, qızdırma verir, sonra öskürək kəskin bronxit əlamətləri olur, bəlğəmli öskürək yaranır. Hətta ağırlaşmalar müşahidə edilir. Xüsusilə immun sistemi zəif olan, yaşı 65-dən yuxarı şəxslərdə pnevmaniyalar da ola bilir. Yəni qrip belə hallara səbəb ola bilir. Ona görə də bu da yüngül gedən xəstəlik deyil. Düzdür, normal ummuniteti olan şəxslərdə hər hansı bir ağırlaşmalar müşahidə etmirik. Sağalırlar, amma biraz daha kəskin olur. Tədricən boğaz ağrısı ilə başlayır və sonra şiddətlənir. Burun axması, burun tutulması, baş ağrısı, halsızlıq, bəzilərində sümük və əzələ ağrıları ilə müşahidə edilir. Xəstəlikdən sonra uzunmüddətli kəskin bronxit əlamətləri, yəni bəlğəmli öskürək müşahidə edilir. Təbii ki koronavirusla bağlı probelm hələ də qalır, pandemiya davam edir. Xüsusən də Çin hazırda böyük təhlükədir. Koronavirsula bağlı bizim üçün böyük bir problem yoxdur. Artıq bizdə kollektiv immunitet formalaşıb deyə koronavirusla işimizi bitmiş hesab edə bilərik. Amma dediyim kimi, pandemiya hələ də davam edir və buna görə də risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar. Çünki onlar üçün koronavirus infeksiyası hələ də təhlükəlidir.
İlk 2-4 gün ərzində ev şəraitində müalicə lazımdır. Artıq 3-4 gündən sonra yüngülləşmə getməlidir, bir həftə ərzində tamamilə artıq sağalma baş verir. Əgər bir həftə ərzində qızdırma davam edirsə və yaxşılaşma getmirsə artıq həkimə müraciət etmək lazımdır".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1296 Tarix: 23 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
00:17 98 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 136 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
07.11.2026 133 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183