Azərbaycanda pensiyaçılara artıq ödənilmiş vəsait geri alınacaq?
Azərbaycanda pensiyaçılara 2020-ci ildən əvvəl verilən artıq ödənişlər geri istənilməyəcək.
BiG.AZ "report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliklər əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədi daşıyır.
Yəni artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur.
Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək.
Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur.
Qaydalara əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısından əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında yalnız aşağıdakı hallarda tutulur:
- rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
- qəsdən təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə artıq məbləğdə əmək pensiyasının və əmək pensiyasına əlavənin təyin olunmasına nail olduqda;
- inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
Bundan başqa, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısından tutulduğu hallar istisna olmaqla, digər hallarda vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği həmin vəzifəli şəxsdən onun razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur.
Eyni zamanda geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.
Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1330 Tarix: 23 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük Britaniya iqtisadiyyatında sabitləşmə əlamətləri: istehlakçı inamı artır
Böyük Britaniya iqtisadiyyatında son göstəricilər müəyyən sabitləşmə əlamətlərinin yarandığını göstərir. Xüsusilə xidmət sektorunda aktivliyin artması və istehlakçı inamının yüksəlməsi iqtisadi perspektivlərlə bağlı nikbinliyi gücləndirib. Araşdırmaya əsasən, avqust ayında britaniyalı istehlakçıları
21.08.2026 175 "Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir" - BƏHRUZ QULİYEV
"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə inkişaf edir. Bu gün Azərbayca
21.08.2026 199 "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"
"İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Preziden
21.08.2026 180 Qubada bağ sahəsi yanıb
Quba rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, hadisə rayonun Çinarlı kəndindəki bağ sahəsində baş verib. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülü
21.08.2026 190 ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - Foto
"Azərbaycan Dəmir Yolları"nın xidmətindən narazıyam. Bu gün bizi Gəncəyə 2 saat gecikmə ilə çatdırdılar. xəbər verir ki, bunu şikayətçi Leyla Turan sosial şəbəkə hesabında yazıb. O, bu vəziyyətdən narazılığını bildirib:. "Sərnişin üçün fərq etmir - insan yolunu planlaşdırır və vaxtınd
21.08.2026 159 Sumqayıtda istirahət mərkəzində QADIN ÖLDÜ
Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən "Gəmi" istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Sevda Çingiz qızı Nağıyeva istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağl
21.08.2026 315 Bakı-Daşkənd əməkdaşlığı: Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən xətt
Geosiyasi konfiqurasiyanı təhlil etdikdə, əminliklə demək mümkündür ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bu gün Avrasiya coğrafiyasında geosiyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizlik arxitekturasının ən mühüm dayaqlarında
21.08.2026 214 Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu
Belçika Kralı Filippin qardaşı Şahzadə Loran 26 yaşlı Klement Vandenkerkhovu rəsmi olaraq oğlu kimi tanıyıb. Bu qərarla Vandenkerkhov Belçika Şahzadəsi titulunu əldə edib və atasının mirasından digər övladları ilə bərabər pay almaq hüququ qazanıb. "Qafqazinfo" xəbər verir ki, Belçika mətbuatını
21.08.2026 143 Gəncədə boğularaq öldürülən qadının - Fotosu
Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:
21.08.2026 245