Qışda dodaqlara necə qulluq etmək lazımdır?

Qışda dodaqlara necə qulluq etmək lazımdır?Təbii parlaqlığını qoruyan hamar və yumşaq dodaqlara sahib olmaq hər bir qadının arzusudur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dodaqlar xüsusilə soyuq havalarda çatlayır və quruyur.

Dərimiz kimi dodaqlarımız da qulluq tələb edir. Qışda dodaqların həssaslığı daha çox artır. Bu səbəbdən dodaqların hər zaman nəmli qalması və təbii parlaqlığını qoruyub saxlaması üçün onlara mütəmadi olaraq qulluq etmək lazımdır.

Bəs, evdə dodaqlara necə qulluq etmək olar?

1. Dodaq pilinqi edin

Dodaqlarınızın teksturasını yeniləmək və möhtəşəm görünüşünü qorumaq üçün mütəmadi olaraq pilinq tətbiq etməlisiniz.

Bunun üçün 1 çay qaşığı qəhvə və zeytun yağını qarışdırın. Bu qarışımla dodaqlarınızı 1-2 dəqiqə ərzində pilinq edin. Sonra yuyun və nəmləndirici krem çəkin.

2. Təbii yağlarla qulluq edin

Dodaqlarınıza qulluq edərkən təbii yağlardan da istifadə edə bilərsiniz. Təbii yağlar soyuq havalarda dodaqlarınızın qurumasının qarşısını alır. Dodaqları nəmləndirir və yumşaldır. Qurutma nəticəsində yaranan qıcıqlanmanın qarşısını alır.

Dodaqlarınız üçün istifadə edə biləcəyiniz təbii yağlar bunlardır;

Zeytun yağı - dodaqları nəm saxlayır.

Üzüm çəyirdəyi yağı - dodaqların quruması nəticəsində yaranan yaralar və qıcıqlanmalar üçün mükəmməldir.

Ərik yağı - bol E və C vitamini ehtiva edən ərik yağı dodaqları qidalandırır və hamar edir.

3. Dodaqlarınızı hər gün nəmləndirin

Dərinin həmişə nəmə ehtiyacı var. Çünki dəri asanlıqla quruyur və soyulur. Dodaqlarınız da nəmsiz qaldıqda çox quruyur.

Nəmsiz qalan dodaqlar xüsusilə qış aylarında çox tez çatlayır və zədələnir.

Dodaqlardakı dəri toxuması son dərəcə həssas olduğu üçün bu nahiyənin hər zaman nəmli qalması lazımdır.

Dodaqlarınızı nəmləndirmək üçün dodaq baxımı kremlərindən istifadə edə bilərsiniz. Bu kremləri gün ərzində müəyyən fasilələrlə dodaqlarınıza sürtmək lazımdır.

4. Dodaq maskası edin

Dodaqlarınızı hər gün nəmləndirdiyinizə baxmayaraq hələ də quruluq problemi ilə qarşılaşırsınızsa, həftədə bir dəfə sıx nəmləndirici maska tətbiq edə bilərsiniz.

Nəmləndirici gücləndirən və dodaq sağlamlığını qoruyan bu maskanı evdə asanlıqla edə bilərsiniz.

Həftədə bir dəfə dodaqlarınıza 1 çay qaşığı balı çəkin və 5 dəqiqə saxlayın. Dodaqlarınızın nəmləndiyini və parıldadığını görəcəksiniz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1125   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Baku Electronics" borca düşdü - MARAQLI FAKTLAR

"Baku Electronics" MMC-nin 87 min 316 manat vergi borcu var. xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən xəbər verir. Qeyd edək ki, "Baku Electronics" 2001-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 16 746 300 manat, qanuni təmsilçis

21.08.2026 182
.

Naxçıvanda 41° isti olacaq

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək. "Qafqazinfor" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Bildirib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşero

21.08.2026 188
.

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

21.08.2026 168
.

Ukraynanın Xarkov vilayətinə hücum nəticəsində iki nəfər ölüb, yaşayış binası dağılıb

Ukraynanın şərqindəki Xarkov bölgəsində gecə dron hücumu nəticəsində ən azı iki nəfər ölüb, daha iki nəfər yaralanıb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Ukraynanın dövlət fövqəladə hallar xidməti bildirib ki, Lebyaje kəndindəki yanğınlar söndürülür. Hücum nəticəsində beş yaşayış binası və avtomobi

21.08.2026 176
.

"Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur"

"Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Mill

21.08.2026 196
.

Azərbaycan-Özbəkistan münasibətləri: Bakı və Daşkəndi birləşdirən yeni xəritə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir sıra mühüm siyasi, iqtisadi və geostrateji mesajları ilə diqqət çəkib". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, müsahibənin ayrı-ayr

21.08.2026 228
.

Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?

"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurt

21.08.2026 207
.

Kəlbəcərə dolu düşüb

Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöld

21.08.2026 181
.

"Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir" - BƏHRUZ QULİYEV

"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə inkişaf edir. Bu gün Azərbayca

21.08.2026 199
.