Körpəni sakitləşdirmə yolları. "Bəyaz küy"

Körpəni sakitləşdirmə yolları. "Bəyaz küy"İnsanların beyni gün ərzində müxtəlif məlumat toplayır, onu emal edir, araşdırır, yadda saxlayır.

Bütün bu proseslər davamlı olaraq fəaliyyət göstərir. Yuxu insana rahatlıq gətirərək onu sanki yeni günə, yeni işlərə hazırlayır. İnsanlarda baş verən yuxu pozğunluqları onlarda müxtəlif psixoloji, psixo-nevroloji və psixo-fizioloji xəstəliklərə səbəb olur.

Adətən, daha çox yuxusuzluq problemləri ilə qarşılaşan, lakin daha az şikayət edən analardır. Ana yeni doğulan körpənin ilk günlərdə yuxu rejiminin olmaması, gecə və gündüzlərin səhv salınması, köp və qaz problemlərinin olması, daha sonra isə diş çıxarma və digər uşağı narahat edən problemlərlə üzləşir.

Xüsusən, ilk övladları doğulan analar, körpələrin hələ də inkişaf etməmiş mədə-bağırsaq, sinir, əzələ və digər sistemlərinin xüsusiyyətləri haqqında məlumatı olmadan uşağın ağlamağı və narahatlığı anında özlərini çarəsiz hiss edərək, nə edəcəklərini bilmirlər.

Ananın arsenalında körpəni sakitləşdirmək üçün bir neçə vasitənin olması ən azı ananın özünəinam hissinin artmasına yardım edə bilər. Bu məqalənin əsas məqsədi, məhz bu sakitləşdirici vasitələr haqqında söhbət açaraq, ananı xəbərdar etməkdir.

Bəyaz küy nədir?

Bəyaz küy bir qayda olaraq həqiqətən uşaqların sakitləşməsinə və yuxuya getmələrinə səbəb olur. "Bəyaz küy" ifadəsinə bəyaz səslər də deyilir. Onlara yağan yağış, axan şəlalə, dəniz dalğalarının səslərini aid etmək olar. Necə ki, ağ rəng bütün rəng çalarlarını özündə toplayan rəngdisə, bəyaz səslər də insan qulağının ala biləcəyi bütün səsləri cəmləşdirmək özəlliyinə malikdir. Təbii səslərlə bərabər, bəyaz səslərə ventilyator, fen, tozsoran kimi məişət cihazlarının çıxardığı səslər də aiddir.

Uşaqlar ana bətnində daim müxtəlif səslərlə əhatə olunur. Ananın ürək döyüntüsü, plasentanın damarlarında dolaşan qan, daxili orqanlarda baş verən proseslərin səsi cəmləşərək bəyaz küyün yaranmasına səbəb olur. Doğuşdan sonra körpənin rahatlaması və özünü hüzurlu hiss etməsi üçün bu səs fonunun yenidən yaradılması onun tez sakitləşməsinə səbəb olur. Yeni doğulmuş çağaların üzərində aparılan tədqiqatlar (Spencer, et al, 1990) göstərir ki, 80%-ə yaxın körpə "bəyaz küy" təsiri altında 5 dəq. ərzində sakitləşib sərbəst yuxuya gedə bilirdilər. Şərq Kaliforniya Tibb İnstitutunun pediatriya kafedrasının dosenti, Amerikalı uşaq həkimi, Harvey Karp, körpənin sakitləşdirilməsində "bəyaz küyün" fitri mexanizminin stimullaşdırma gücünə malik olduğunu bildirmişdir.

Uşaqlar fitri olaraq artıq müxtəlif səslərə alışqan olurlar, bu səbəbdən, onların yuxusunun rahat olması üçün sakitliyin yaradılmasına ehtiyac qalmır. Bəyaz küy uşaqlarda təhlükəsizlik və əminamalıq təsəvvürü yaradır.

Alimlər uşaqların rahat yuxulaması üçün bəyaz küyün əz azı onların 1 yaşına kimi faydalı olduğu fikrindədirlər. Bu səslərin yaradılması valideynlərdən artıq maliyyə və ya güc tələb etmir. Onlar bu səsləri ev şəraitində də rahat yarada bilərlər. Yuxarıda qeyd etdiyimiz müxtəlif elektrik əşyaların istifadəsi, radio dalğalarının səsi, telefona yazılan təbiət səsləri və s. uşağın tez bir zamanda sakitləşməsi və yuxulaması üçün effektiv bir üsul kimi istifadə oluna bilər.

Bəzi ölkələrdə valideynlər bəyaz səsləri uzun müddət ərzində və ya bütün gecə ərzində yandırıb istifadə edirlər. Alimlər bu səslərin uzun müddət ərzində işlədiyi zaman beyinə olan təsirini araşdırdılar və belə nəticəyə gəldilər ki, gecə ərzində səslənən bu səs izn verilən həddləri aşır. Və nəticələr əsasında valideynlərə uşaqların yuxulaması üçün xüsusi aparatların istifadəsi ilə bağlı aşağıdakı məsləhətləri verdilər:

1. Bəyaz küy yaradan vasitələri uşaqdan mümkün qədər aralı yerləşdirmək, xüsusilə onun çarpayısından
2. Səsin ucalığını azaltmaq
3. Vasitələrdən qısa müddət ərzində istifadə etmək (gecə boyu işlətməmək)

Əgər bu məqaləni oxuyandan sonra siz körpənizin sakitləşdirməsi va rahat yuxulaması üçün rahat "bəyaz küy" metodundan istifadə etməyi qərar verdinizsə, onda nəzərə alın ki, səsin ucalığı 50 db-dan artıq olmamalıdır. Bu rahatlıq və hüzur verən səs fonu yağan yağış şırıltısını və ya duşdan axan suyun səsini xatırladır.

Müəllif: Gülarə Rüstəmova
Uşaq psixoloqu və Əmizdirmə məsləhətçisi


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1417   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.