Yol polisindən plyonka açıqlaması: Bu halda 150 AZN cərimə olunacaqsınız - VİDEO

Yol polisindən plyonka açıqlaması: Bu halda 150 AZN cərimə olunacaqsınız - VİDEOAvtomobillərin şüşələrinə örtüklərin çəkilməsi şərtləri açıqlanıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi ''Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası''na əsasən avtomobillərin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə icazə verilir.

Avtomobillərin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə plyonka çəkilməsinə icazə verilir. Burada sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisnadir.

Qabaq alın şüşənin yuxarı hissəsinə isə hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, avtomobilin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.

Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır. Örtüklərin isə torşəkilli olmasına icazə verilir.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə isə icazə verilmir. Bu qaydaları pozan sürücülər inzibati qaydada 150 manat məbləğində cərimə olunacaqlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1364   Tarix: 24 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - Foto

"Azərbaycan Dəmir Yolları"nın xidmətindən narazıyam. Bu gün bizi Gəncəyə 2 saat gecikmə ilə çatdırdılar. xəbər verir ki, bunu şikayətçi Leyla Turan sosial şəbəkə hesabında yazıb. O, bu vəziyyətdən narazılığını bildirib:. "Sərnişin üçün fərq etmir - insan yolunu planlaşdırır və vaxtınd

21.08.2026 159
.

İlham Əliyevin UzA müsahibəsi: Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirib. Dövlət başçısının müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin siyasi, iqtisadi, nəqliyyat

21.08.2026 181
.

"Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur"

"Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Mill

21.08.2026 196
.

Ukraynanın Xarkov vilayətinə hücum nəticəsində iki nəfər ölüb, yaşayış binası dağılıb

Ukraynanın şərqindəki Xarkov bölgəsində gecə dron hücumu nəticəsində ən azı iki nəfər ölüb, daha iki nəfər yaralanıb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, Ukraynanın dövlət fövqəladə hallar xidməti bildirib ki, Lebyaje kəndindəki yanğınlar söndürülür. Hücum nəticəsində beş yaşayış binası və avtomobi

21.08.2026 176
.

Arıqlamaqla bağlı bütün qaydaları POZDU: Yağdan, ətdən yeyib 22 kilo verdi

40 yaşlı Rut Soukup illərlə az kalorili və məhdudlaşdırıcı pəhrizlər saxlamasına baxmayaraq, itirdiyi çəkini yenidən geri alıb. Qidalanma rejimini tamamilə dəyişən qadın 22 kilo arıqlayıb və çəkisini uzun müddət qorumağı bacarıb. xarici KİV-ə istinadən xəbər verir ki, Soukup kalori hesablamaq əvəzinə

21.08.2026 224
.

Atası 26 il sonra onu oğlu kimi tanıdı - Şahzadə oldu

Belçika Kralı Filippin qardaşı Şahzadə Loran 26 yaşlı Klement Vandenkerkhovu rəsmi olaraq oğlu kimi tanıyıb. Bu qərarla Vandenkerkhov Belçika Şahzadəsi titulunu əldə edib və atasının mirasından digər övladları ilə bərabər pay almaq hüququ qazanıb. "Qafqazinfo" xəbər verir ki, Belçika mətbuatını

21.08.2026 143
.

Bu şəhərdə velosiped sürmək qadağan edildi

İtaliyanın Komo şəhərində sentyabr ayından etibarən şəhər mərkəzində velosipedlərdən istifadə qadağan ediləcək. "Qafqazinfo" xəbər verir ki, qadağa həm adi, həm də elektrikli velosipedlərə şamil olunacaq və təxminən 30 küçəni əhatə edəcək. Yeni qaydalara əsasən, həmin küçələrdə velosipedçilə

21.08.2026 113
.

Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?

"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurt

21.08.2026 207
.

Çin və İndoneziya BRİKS və BMT-də koordinasiyanı gücləndirəcək

Çin və İndoneziya BMT və BRİKS çərçivəsində siyasi koordinasiyanı gücləndirmək barədə razılığa gəlib. xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yu İndoneziyanın XİN rəhbəri Suqiono ilə danışıqların yekunlarına dair açıqlamasında bildirib. "BMT və BRİKS kimi çoxtərəfli platformalard

21.08.2026 144
.