"Baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalıdır"

"Baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalıdır""Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücum molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Bu amil molla rejiminin tamamilə azğınlaşdığını, özünün tez-tez müraciət etdiyi, diplomatik və siyasi sərhədlərini, bütün "qırmızı xətt"ləri keçdiyini, regional və beynəlxalq münasibətlər sisteminə, sivil, demokratik və dünyəvi dövlətçiliyə, bəşəri dəyərlərə, insanlığa, fərdlərin və xalqların azad, suveren yaşamaq haqlarına qənim kəsildiyini bir daha təsdiqləyir".

Bunu BiG.AZ-a açıqlamasında Siyasi ekspert, jurnalist Elçin Mirzəbəyli Azərbaycanın Tehrandakı səfirliyinə olunan silahlı hücumla bağlı deyib.

Ekspert bildirib ki, bu gün səfirliyimizdə baş verən terror aktı Azərbaycan dövlətinə, Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur:

""İran" adlanan xalqlar həbsxanasında hakimiyyəti mənimsədiyi vaxtdan, təxminən 9 ay sonra ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək terror aksiyası törədən molla rejiminin həmin dövrdəki əməli terrorçu Tehran rejiminin sivil dünyaya meydan oxuduğu zaman kəsiyinin başlanğıcı olduğu kimi Azərbaycan səfirliyinə amansız hücum da qatil, terrorçu rejimin sonu olacaq. Baş verən bu xain terror aksiyası molla rejiminin hansı səbəblərdən Ermənistana hərtərəfli dəstək verdiyini, Azərbaycan xalqına və onun dövlətçiliyinə qənim kəsildiyini sübuta yetirir. Terrorçu dövlətlərin sivil, mədəni, tolerant xalqlara və dövlətlərə qarşı birgə fəaliyyət göstərməsindən təbii heç nə ola bilməz. Baş verənlərin məsuliyyəti, həm də İranın regionda nümayiş etdirdiyi siyasətə seyrçi qalan, dolayısıyla molla rejiminin anti-Azərbaycan siyasətinə dəstək verən, Tehran rejiminin ölkə sərhədlərindən kənarda dəstəklədiyi qüvvələrlə ittifaq quran Fransa kimi ölkələrin və onların məsuliyyət hissini tamamilə itirmiş liderlərinin üzərinə düşür. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası, Azərbaycan dövlətinə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur və bu amansız cinayətin cavabı cinayətkar, terrorçu, qadın düşməni, xain molla rejiminin dünyanın siyasi səhnəsindən silinməsi ilə verilməlidir.

Ən qısa zamanda İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və baş verən xain terror aksiyası BMT-nin müzakirəsinə çıxarılmalı, xain molla rejiminin Azərbaycandakı bütün təmsilçiləri ölkədən iti qovan kimi qovulmalı, İranla bütün diplomatik əlaqələrə son qoyulmalıdır. Azərbaycan Respublikası ona BMT Nizamnaməsi ilə verilən kollektiv müdafiə hüququndan istifadə edərək, Türkiyəyə və digər müttəfiqlərinə müraciət edərək, molla rejiminin təhdidlərinə qarşı səfərbər olmalıdır. Azəsrbaycan səfirliyinin ərazisi Azərbaycan Respublikasının ərazisi sayıldığı üçün terror aksiyası, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır. Azərbaycan səfirliyinə hücum, baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalı, 1961-ci il Vena Konvensiyasının 22, 23, 24, 25, 27, 29, 31, 37, 47-ci maddələrinin, Konsulluq münasibətləri haqqında 1963-cü il Vena Konvensiyasının 28, 30, 31, 37, 47-ci maddələrinin, Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 4 və 7-ci maddələrinin və BMT Nizamnaməsinin 3 və 4-cü fəsillərinin 2 və 33-cü maddələrinə əsasən, İrana qarşı iddia qaldırılmalıdır.

Azərbaycan səfirliyinə hücum və gerçəkləşdirilən xain terror aksiyası "İran" adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan Azərbaycan türkləri və bu ölkədə molla rejiminin girovuna çevrilmiş bütün xalqlar tərəfindən qətiyyətlə pislənilməli və qaniçən, terrorçu rejimə qarşı mübarizənin təkcə onların deyil, həm də bütün sivil bəşəriyyətin təhlükəsizliyinə xidmət etməsi təkzibolunmaz gerçəklik kimi qəbul olunmalıdır.
Azərbaycan Respublikasının səfirliyinə hücum, istisnasız olaraq "İran" adlanan ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş terror aksiyasıdır və molla rejiminin şaiyə şəbəkəsinin, həmçinin rəsmi informasiya resurslarının, o cümlədən sözügedən terror dövlətinin ölkəmizdəki "diplomatik nümayəndəlik" adı altında gizlənmiş cəsus yuvasının yaydığı məlumatlar diqqətin hadisənin əsl mahiyyətindən yayındırılmasına xidmət edir.

Terrorçunun "erməni olması", yaxud guya "səfirlikdə gizlənən həyat yoldaşını axtarması" barədə yayılan məlumatlar feykdir və molla rejiminin informasiya manipulyasiyasıdır. Terror aksiyasını İranın xüsusi xidmət orqanlarının və SEPAH-ın muzdlu qatili Yasin Hüseynzadə həyata keçirib.

Terror aksiyasının "İran" adlanan terror yuvası ilə dünyəvi, sivil Azərbaycan Respublikası arasında münasibətləri pozmaq üçün "üçüncü dövlətlər tərəfindən həyata keçirilməsi" ilə bağlı iddiaların da, şübhəsiz ki, heç bir əsası yoxdur. Bu xain hücum "İran" adlanan ölkənin bölgədə həyata keçiridiyi pozuculuq fəaliyyətinə qarşı Azərbaycan xalqının və dövlətinin sərgilədiyi qətiyyətli, prinsipial mövqeyə münasibətdə aciz, idoloji mahiyyəti və sosial dayaqları çürümüş terrorçu molla rejiminin qisas əməliyyatdıdır. Əgər səfirliyin mühafizəçilərinin müqaviməti olmasaydı, bütün diplomatlarımız qətlə yetiriiləcəydi. Şəhidimiz və qazilərimiz öz canları və sağlamlıqları bahasına daha çox günahsız insanın qətlə yetirilməsinin qarşısını alıblar".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1160   Tarix: 27 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

00:21 80
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.