Cavan Zeynallı xanımının ölümünü 20 gün gizlədib

Cavan Zeynallı xanımının ölümünü 20 gün gizlədib"Həyat yoldaşım Röya xanım rəhmətə gedib. Mənə çox çətindir. Təzyiqi beyninə vurdu. Mənə dedi ki, iki gündür özümü yaxşı hiss edirəm, dərman içmirəm. Belə eksperiment eləmək düzgün deyil".

OLAY yazır ki, bu sözləri "Səhər mərkəzi" proqramına Xalq artisti Cavan Zeynallı deyib.

Ötən günlərdə ömür yoldaşı dünyasını dəyişən Zeynallı onun xəstəlik prosesindən söz açıb:

"5 ay xəstəxanada olduq. Həkimlər dedi, 1 ay sonra oturacaqsan. Sonra dedilər danışığınız düzələcək. Gecələr qorxurdu deyə, onun yanında qalırdı. Gözləyirdik düzələcək. Dedilər, Türkiyəyə gedək. Orada da qiymətlər çox yüksəkdir. Gərək sponsor tapaq. Məndə də bu şeylər yoxdur. O birilər tapırlar, mən utanıram. Biz inandıq ki, yaxşı olacaq. 69 yaşında rəhmətə getdi".

Sənətçi "Dedilər, depressiyaya düşmüsünüz" sualına "Sevimli, gözəl, ağıllı insan ölüb. Bəs, necə olmalıdır? Elə utancaq idi, istəmirdi ki, mahnılara yazılmış sözlərin ona aid olduğunu deyim. Mən isə fəxr edirdim", - deyə, cavab verib.

C.Zeynallı qızının yanına köçəcəyi barədə şayiələri isə yalanlayıb:

"Yox, qızım Nataşanın yanına getməyəcəm. Onun əri generaldır. Onlar Finlandiyaya gediblər".

Diqqət çəkən digər məqam isə Röya xanımın ölüm günü ilə bağlı olub. Zeynallı Xəzər TV-yə açıqlamasında həyat yoldaşının 40 mərasiminin 6 fevralda keçiriləcəyini deyib:

"Həyat yoldaşımın şəkillərindən qaçıram. Özümə deyirəm ki, daha olmayacaq! 6 fevralda 40 mərasimidir. Qusarda baş tutacaq".

Bu məqamda məlum olur ki, C.Zeynallının həyat yoldaşı 29 dekabr 2022-ci ildə vəfat edib. Lakin, o, naməlum səbəbdən Röya xanımın ölümünü gizlədib, hətta 15 yanvar 2023-cü ildə OLAY-a açıqlamasında həyat yoldaşının sinir iflici keçirdiyini, xəstəxanada müalicə aldığını bildirmişdi. 16 yanvarda isə yerli mediada onun ölüm xəbəri yayılıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1749   Tarix: 27 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.