Dostları həyatını alt-üst etdi, illərlə atasına həsrət qaldı - Natəvan haqqında bilmədiklərimiz...

Dostları həyatını alt-üst etdi, illərlə atasına həsrət qaldı - Natəvan haqqında bilmədiklərimiz...BiG.AZ kulis.az-a isitinadən müğənni Natəvan Həbibi haqqında maraqlı faktları təqdim edir.

Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin birinci sinfinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb.

***

Natəvanın musiqi sahəsinə gəlişi təsadüfi olub. 1999-cu ildə restoranların birində aşpaz işləyən anasının yanına gedib gələn Natəvan hər gün restoranın səhnəsində məşqlər edər, mahnılar oxuyarmış. Günlərin birində restorana gələn bəstəkar Vaqif Gərayzadə Natəvanın səsini dinləyir və onu yeni yaratdığı qrupun tərkibində görmək istəyir. Ancaq bu barədə Natəvana heç kim heç nə demir. İki aydan sonra Vaqif Gərayzadə müğənni Elnarə Xəlilovanın vasitəsi ilə özü Natəvanı tapır və qrupa dəvət edir.

"W-Trio" qrupu qısa zaman ərzində böyük uğurlar qazanır. Qrupun tərkibində olan Elnarə Xəlilova, Röya və Natəvan Həbibi də qrupla birgə məşhurlaşırlar. Musiqinin birləşdirdiyi bu üç qadın ifaçı həyatda həm də, çox yaxın dost olurlar.

***

Ancaq gözlənilmədən 2002-ci ildə qrup dağılır. Çoxları bunu müğənnilərin solo karyeraya başlaması ilə əlaqələndirsələr də, Natəvan müsahibələrinin birində bu barədə deyir:

"Biz 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Biz qrupu dağıtdıq. Mənə qarşı Elnarə və Röya tərəfindən elə şeylər olundu ki, bu barədə indi danışmayacam. Vaxtı var. Bizim aramız elə pozuldu ki, biz artıq işləyə bilməzdik. Nə qrup, nə dostluq? Sonuncu toya gedəndə, biz düşmən idik. Səhnəyə çıxanda bir-birimizə nifrət edə-edə oxuyurduq. Onlar mənim şəxsi həyatımı alt-üst elədilər, qrup da dağıldı. Elnarə də, Röya da ikisi mənə qarşı idilər. Amma sonra onların özlərinin də, araları dəydi".

Beləliklə, 2006-cı ildən Natəvan solo karyeraya başlayır. İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazanıb və ilk albomu da bu mahnının adı ilə bağlı olub. Öz dəsti-xətti ilə seçilən Natəvan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var", "Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. Bir neçə verilişin aparıcısı olub.

***
Ətraflı

Ərəb dilində "Habibi" və "Ehsas jadid" mahnılarını ifa edib. "Habibi" mahnısı prodüser Maksim Fadeyev ilə iş birliyi zamanı ərsəyə gəlib.

24 may 2014-cü ildə H. Əliyev Sarayının səhnəsində "DİNLƏ" adlı solo konsert proqramı ilə, sentyabrında isə "Crystal Hall"-da konserti baş tutdu.

***

2015-ci ildə çəkilən "Zaman adlı qatar" filminin soundtrekini ifa edən müğənni, "Başıma bəla", "Sən", "İstərəm" adlı hitlərini, eləcə də musiqisini özü bəstələdiyi "Anlayamadım" mahnısını sevənlərinə təqdim edib. O, aprel ayında Şəki şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016" ilinin açılış mərasimində səhnə almaqla, beynəlxalq festivalı daha yaddaqalan etdi. 2017-ci ildə yeni "Hozu" adlı romantik komediya filmində baş rola dəvət alıb.

Natəvanın anası ilə atası o, uşaq olanda ayrılıblar. Bacısı Sara və anası ilə birgə yaşayan müğənni iyirimi il atasının üzünü görməyib. Bu barədə müsahibələrinin birində o, deyir:

"Uşaqlığımın əksər hissəsini atasız keçirmişəm. Anam güclü xanım olduğu üçün bunu bizə hiss etdirmədi. Onun həm analığını, həm də atalığını gördük. Mən də istəyirəm övladımım atası da, anası da olsun. Əlbəttə mən də atamı görmək atzulayıram, onun üçün darıxıram. Amma... Sonuncu dəfə onu 1998-ci ildə görmüşəm. Xalam qızını limanda yola salırdım. Doğma iki göz gördüm, qocalmışdı. İnsanların içində təəccübləndim, dedim "papa". Mənə baxdı, dedi Natulya... İşi var idi, bura gəlmişdi. Dedim, bizə baş çəkmədən gedirsən? Dedi, sən bilirsən, hər şeyi. Anamla aralarında inciklik var. Həyat, hər şey ola bilər. Çox şükür həyatdadır, yaşayır. Qocalıb, sağlamlığı ilə bağlı problemləri var. Uzaqda olsa belə əsas odur ki, hər şey yaxşıdır".

2017-ci ildə reper Dado ilə ailə quran müğənni bir müddət sonra həyat yoldaşından ayrıldığını açıqlayır. Onların Zeyd adlı bir oğlu olsa da, müğənni bu barədə deyir:

"Oldu, keçdi. Alınmadı, münasibət bitdi. İndi boşanma prosesi gedir, məhkəməyə də gəlmir. Nə olursa, ailə içində olur. Efirdə danışmağının da yeri olmadığını düşünürəm. Sadəcə baş tutmur, gah barışırıq, gah sənədlər, gah da ki, özü məhkəməyə gəlmir. Biz dostuq, həm də valideynik. Həmişə belə qalacaq. O, istədiyi vaxt gəlir, uşaqla saatlarla oynayırdı. Lazım olanda qalırdı. Mən də uşağın anasıyam, evdə də hörmət olurdu. Səhəri gün də çıxıb müsahibə verirdi".

Müğənni dostlar tərəfindən zamanla xəyanətə məruz qaldığını deyir. Yaxın dostları olan Tolik, Səidə Sultan, Oksana Rəsulova ilə gah barışıq, gah küsülü olan Natavən Həbibi toyların birində çıxış edən zaman prodüsser Toliklə küsülü imiş. Toyun təşkilatçısı isə Tolik olduğundan Natəvan səhnəyə çıxan zaman aparıcı onun adını elan etmir. Natəvan fonoqram ilə oxuduğu zaman isə qəsdən toyun işıqları keçirilir və Natəvanın ifa etdiyi mahnı yarımçıq qalır.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1284   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.