Kompüter oyunlarından asılı qalan uşaqları nə gözləyir? - PSİXOLOQDAN XƏBƏRDARLIQ

Kompüter oyunlarından asılı qalan uşaqları nə gözləyir? - PSİXOLOQDAN XƏBƏRDARLIQOyunlar uşaqların inkişafı üçün vacib amildir. Amma texnologiyanın inkişafı uşaqları bu haqqından "məhrum edib". Virtual oyunlar real oyunların yerini alır. Mütəxəssislər virtual oyunların həqiqi oyunların yerini tutmadığını və bunun uşaqların sosiallaşmasına, psixologiyasına mənfi təsir etməsi ilə bağlı xəbərdarlıq edir.

Virtual oyunlardan asılılıq, yoxsa psixoloji problem?

BiG.AZ bildirir ki, bizim.media-nın mövzu ilə bağlı suallarını Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman - Klinik psixoloq Narınc Rüstəmova cavablandırıb.

Müsahibimiz bildirib ki, uşaqların virtual oyunlardan asılılığı son dövrlər geniş vüsət alıb və cəmiyyətdə aktual mözvular sırasındadır:

"Ümumiyyətlə, asılılıq psixoloji pozuntu kimi qəbul olunur və çox vaxt zərərli vərdişlərə, virtual oyunlara bağlılıq fonunda özünü göstərir. Mövzu ilə bağlı valideynlər mütəmadi olaraq psixoloqa müraciət edir, müxtəlif suallar ünvanlayır və çıxış yolunu öyrənmək istəyirlər.

Əvvəlcə qeyd etməliyəm ki, bu, psixoloji problemdir. Virtual oyunlardan asılı olan uşaqlar, yeniyetmələr və irəli yaşda olan insanlar birmənalı şəkildə peşəkar psixoloq dəstəyi almalıdırlar. Məsələn, valideynlər bildirir ki, "Övladım davamlı şəkildə virtual oyunlar oynayır, müdaxilə edə bilmirik. Müdaxilə etmək istədikdə isə uşağın aqressiv davranışları, kaprizləri ilə qarşılaşırıq".

Uşağın psixologiyasına zədə vurmadan bu vəziyyətdən düzgün çıxış yolu hansıdır?

Psixoloq bildirib ki, xüsusən 3 yaşından etibarən uşaqlarda virtual oyunlara maraq daha da artmağa başlayır. Yeniyetməlik dönəminə gəldikdə isə bu hal, demək olar ki, ən pik həddə qədər yüksələ bilir:

"Sual ünvanlana bilər ki, hansı uşaqlarda bu tip oyunlara maraq daha çox olur və getdikcə aslılıq vəziyyətini almağa başlayır?

Öncə onu vurğulamaq istərdim ki, insanın iki -ideal və real məni vardır. Yəni, realda olan insan, onun şəxsiyyəti, davranışı və digəri isə öz xəyalındakı, arzuladığı kimi şəxsiyyət olmasıdır. Ancaq bəzən baş verən hansısa proses insanın fikir və düşüncəsində ideal mən və real mən arasında toqquşma yaradır.

Bu zaman həmin insan real mənində aktuallaşdıra, həyata keçirə bilmədiyi arzuları ideal mənə köçürməyə və bu şəkildə hərəkət etməyə başlayır. Bu ideal mənin də təzahürləri daha çox virtual həyatda, müxtəlif virtual oyunlarda öz əksini tapır.

Başqa sözlə izah etsək, bu kimi hallar xüsusilə cəmiyyət içərisində özünə yer tapa bilməyən, təhsil və intellektual səviyyəsi zəif olan, ətrafı və ya ailə üzvləri ilə ünsiyyət problemi yaşayan, düzgün münasibət qura bilməyən, özgüvəni aşağı olan və s. kimi insanlarda özünü daha çox biruzə verir. Onlar daxilindəki fikirləri, sözləri real həyatda ifadə edə bilmədiyi üçün, bunları virtual söhbətlər, oyunlar və digərləri vasitəsilə etməyə çalışırlar".

Narınc Rüstəmova qeyd edib ki, onlar virtual oyunlar vasitəsilə özlərinə xəyallarındakı, olmaq istədikləri kimi bir obraz yaradır, ona ad qoyur və bu şəkildə hərəkət edir. Beləliklə, reallaşdırmaq istədiyi obrazı, şəxsiyyəti virtual da olsa, yaradır və sanki real həyatdaymış kimi davranır.

Şiddət görən uşaqlarda virtual dünyaya maraq yaranır...

Müsahibimiz vurğulayıb ki, psixoloji, fiziki şiddət görən, bağçada və ya məktəbdə təzyiqlərə məruz qalan, özünü müdafiə etməkdə çətinlik çəkən ya da ümumən özünü müdafiə edə bilməyən uşaqlarda da bu tip oyunlara maraq aydın müşahidə edilir: "Qeyd etmək istəyirəm ki, nəzər yetirsək görərik ki, belə uşaqlar virtual oyunlarda daha aqressiv, üsyankar tipli obrazlar yaradır və bu qəlibdən olan oyunlar oynamağa üstünlük verirlər. Onlar əslində bununla etiraz edə bimədikləri proseslərə və ya onlara təzyiq göstərən, fiziki cəhətdən güclü olan uşaqlara belə desək, kinini, nifrətini və aqressiyasını virtual oyunlarda canlandırdığı obraz ilə başqasını döyərək, oradakı digər obrazlara şiddət göstərərək nümayiş etdirirlər".

Uşaqları virtual dünyadan xilas etmək üçün nə etməli?

Müsahibimiz çıxış yollarından da danışıb:

"Əgər bir uşağın virtual oyunlardan aslılığı varsa, valideyn ilk növbədə övladının hansı tip oyunları oynadığını, oyunun süjet xəttinin nədən ibarət olduğunu, nəyi göstərdiyini və onun maraq dairəsində hansı tərzdə oyunların olduğuna diqqət yetirməlidir.

Bundan sonra onunla yaşına, psixologiyasına uyğun bir tərzdə, uyğun dildə söhbət etməli və övladını çəkindirməyə çalışmalıdır. Bunlar fayda vermirsə və zamanla asılılıq artırsa, mütləq bir şəkildə ixtisaslaşmış psixoloq dəstəyi alınmalıdır. Psixoloq uşağın oynadığı oyunların məğzinə, formasına, məqsədinə və digər faktorlara görə onun ideal mənində arzuladığı obrazları müəyyənləşdirir, onun psixikasına uyğun bir yol xəritəsi hazırlayır.

Psixoloji söhbətlər, seanslar və psixoloq dəstəyi sayəsində zamanla bu kimi problemlər korreksiya edilə bilir. Peşəkar psixoloq bilir ki, belə vəziyyətlərdə daha çox uşağın sosial həyatı üzərində işləmək ən vacib nüanslardadır.

Qeyd etdiyim kimi, burada problemin əsas köklərindən biri real həyatla və onun burada özünü aktuallaşdıra bilməməsi ilə bağlıdır. Ancaq burada bir önəmli faktor da var ki, belə uşaqların valideynləri onları vaxtında psixoloqa yönləndirməlidirlər. Virtual oyunlardan aslılıq irəli yaşlarda korreksiya edilməsi çətin hala gələ və uşaqların psixologiyasında müəyyən zədələr yarada bilər".

Aqressiv davranan valideynlərə xəbərdarlıq...

Müsahibimizin sözlərinə görə, bəzən valideynlər bu prosesdə aqressiv davranışlar sərgiləyir, oyundan ayrılmaları üçün uşaqlara təzyiq edir, hətta bir çox hallarda şiddət göstərirlər:

"Valideynlərin aqressiv davranışı məsələnin düzgün çıxış yolu deyil. Bu gün virtual oyunu əlindən alınan, ailəsi tərəfindən məhdudlaşdırılan bir uşaq növbəti dəfə əlinə ilk fürsət düşən kimi yenə də özünə virtual dünya, obrazlar yaratmağa və davamlı bu tip oyunları oynamağa başlayacaq.

İrəli yaşlarda və məktəb dönəmində bu hal daha da təhlükəli vəziyyətə gələ bilər, belə ki, uşaq dərslərindən yayınıb mütəmadi olaraq virtual oyun zallarına üz tuta bilər. Ona görə də, əksinə ailə həmin uşaqların sosial həyatda, cəmiyyətdə müəyyən yer tutmalarına, hər hansı bir fəaliyyət növündə; idmanla məşğul olmaq, rəsm çəkmək və s. kimi faydalı və onlara yaxşı təsir edəcək istiqamətlərə yönəlməsində dəstək olmalıdırlar.

Bununla da, valideynlər onların real həyatda istədiklərini, arzularını gerçəkləşdirməklə, yəni onların sosial həyatını bərpa etməklə bu tip oyunlardan uzaqlaşmalarına yardımçı olmuş olacaqlar".

Müsahibimiz vurğulayıb ki, valideynlərin və psixoloqun dəstəyindən sonra belə uşaqların ideal məni ilə real məni üst-üstə düşməyə başlayacaq. Bundan sonra onlar artıq virtual həyatda özlərinə dünya qurmaqdan, arzuladıqları obrazları yaratmaqdan uzaq duracaq və bir müddət sonra onu unudacaqlar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1178   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.