"İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir" - RƏY

"İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir" - RƏY"İranın Azərbaycana qarşı siyasəti son iki ildə formalaşmayıb. Tehran 44 günlük İkinci Qarabağ müharibəsi dövründə İrəvana hər cür kömək etməyə çalışıb, ərazilərini Ermənistana silah tədarükü üçün açmışdı. Üstəlik, onlar Vətən müharibəsindən sonra da ermənilərə yanacaq tədarükündən tutmuş siyasi dəstəyə qədər yardım göstəriblər. Amma unutmamalıyıq ki, Tehranın bu yanaşmasını müstəqillik əldə etdiyimiz ilk gündən görürük. İran və Ermənistan rəhbərlərinin qarşılıqlı səfərləri, görüşüb qol-boyun olmaqlarını unutmamışıq".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu ilə bağlı deyib.

Onun sözlərinə görə, Vətən müharibəsinədək İran bu siyasətini qonşuluq və din birliyi ilə pərdələyirdisə, savaş günləri Ermənistana verilən dəstək aşkar xarakter almışdı: "Təsəvvür edin ki, özünü müsəlman dövləti adlandıran İran ərazisindən Ermənistana silah ötürülməsinə hər cür şərait yaratmışdı. O vaxt bu barədə parlamentdə də bəhs etmişəm. Həmin silahlardan müsəlman azərbaycanlılar öldürülürdüsə, İran hansı üzlə din qardaşlığından, müsəlman birliyindən, mehriban qonşuluqdan danışır?"

Deputat hesab edir ki, 2020-ci ilin müharibəsindən sonra Qarabağdakı separatçılara Ermənistan nömrələri ilə yanacaq göndərən qüvvələrlə səfirliyimizə hücum təşkil edənlər eynidir: "İran sərhədimizdə Araz çayının keçilməsini də nəzərdə tutan təlim təşkil edib. Bununla hansı ölkənin təhdid edildiyi aydındır. İndi həmin hərbi təlimlərlə səfirliyimizə edilmiş hücum arasında fərq varmı? Məncə, fərq yoxdur. Hər iki halda bizi qorxutmaq istəyirlər. Lakin bununla heç nəyə nail olmayacaqlar".

E.Allahverdiyevin fikrincə, İranın keçmiş hakimiyyətləri də erməni həmkarları ilə sıx münasibətdə olublar: "Ancaq İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressiv yanaşır. Ermənistan və İran liderləri əvvəllər də mehriban olublar. Amma hazırkı İran hakimiyyəti özlərinin tez-tez təkrarladığı kimi, "qırmızı xətt"i keçib. Məsələn, Nikol Paşinyanın arvadını İrana dəvət edib, təmtəraqla qarşılayıb məscidləri gəzdirirlər. Lakin gözlərinin qarşısında Azərbaycan məscidləri ermənilər tərəfindən dağıdılan, onlarda donuz saxlanılan zaman səsləri çıxmırdı. Əksinə, Şuşadakı məscidimizi "İran məscidi" adı altında "təmir" edirdilər. Ancaq bundan bir neçə kilometr məsafədə onlarla məscidimizin təhqir edildiyini qulaqardına vururdular".

Deputat hesab edir ki, terror aktı üçün seçilmiş gün də təsadüfi olmayıb: "Şəhərin bir tərəfində Azərbaycan səfirliyinə hücum edilir, digər hissəsində isə ermənilərin mitinqinə icazə verilir. İranda etiraz edən şəxsləri qaldırıcı kranlardan asır, həbs edirlər. Amma bu ölkədə Laçın yolunun açılması tələbi ilə mitinq keçirən ermənilərə hər cür şərait yaradılıb. Lakin zamanı gələndə ermənilər bütün sahiblərinə naxələflik etdikləri kimi, İrana da qapını göstərəcəklər. Avropanın 2 min nəfərlik hərbi müşahidəçisi düz iki illik müddətə Ermənistana yerləşdiriləcək. İran onların Ermənistana təkcə Azərbaycana görə göndərilmədiyini başa düşmürmü?"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.