Məktəbdə başlanan sevgi şantaja çevrildi: Ata övladının intim şəkilləri yayılmasın deyə evini satdı

Məktəbdə başlanan sevgi şantaja çevrildi: Ata övladının intim şəkilləri yayılmasın deyə evini satdıAli Məhkəmədə Abşeron rayonunda sevgi münasibətində olduğu qadını şantaj edərək külli miqdarda pul almaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Rauf Vəliyev barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, R.Vəliyev barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Araşdırmalar zamanı məlum olub ki, qab-qacaq ticarəti ilə məşğul olan Rauf ilə orta məktəbdə ondan bir sinif yuxarı oxumuş Ülviyyə Abdullayeva (ad və soyad şərtidir) sevgili olublar. Daha sonra onların arasındakı sevgi münasibəti universitetdə davam edib. Lakin 2002-ci ildə Raufun polis tərəfindən tutulması və keçirdiyi həyat tərzi Ülviyyənin ondan uzaqlaşmasına səbəb olub və onların ikisi də başqa şəxslərlə ailə quraraq yollarını ayırıblar.

Bundan təxminən 17 il sonra Rauf sosial şəbəkə vasitəsilə Ülviyyəni tapıb və onlar yenidən münasibət yaradıblar. Aralarındakı sevgi münasibəti yenidən alovlanandan sonra Raufun təkidi ilə Ülviyyə çılpaq fotolarını ona göndərib. Həmin vaxt Rauf fotoları telefondan sildiyini bildirsə də, ekranın şəklini çəkərək ona göndərilmiş çılpaq fotoları özündə saxlayıb. Bu müddət ərzində onlar müxtəlif ünvanlarda görüşüblər.

Lakin daha sonra Rauf Ülviyyəni şantaj etməyə başlayıb. O, 100 min manat verməyəcəyi təqdirdə Ülviyyənin çılpaq görüntülərini yayacağını, onu qohumları, tanışları arasında rüsvay edəcəyini bildirib. Ülviyyə bu barədə atasına dedikdən sonra işə onun valideyni qarışıb və o, Raufla görüşüb. Ülviyyənin atası evini sataraq 50 min manatı 2020-ci ilin oktyabr ayının 15-də Novxanı yolunda yerləşən "Alfa" adlı kafedə Raufa verib.

Bu görüş zamanı Rauf Ülviyyənin atasına bütün görüntüləri sildiyini və daha onlardan əl çəkdiyini bildirib. Lakin beş ay sonra Rauf yenidən Ülviyyə və atasını şantaj etməyə və daha 50 min manat tələb etməyə başlayıb. 2021-ci ilin fevral ayının 27-də polisə Raufun əməlləri barədə məlumat verildikdən sonra o tutulub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rauf Vəliyev bildirib ki, tələbə vaxtı Ülviyyə ilə evlənmək istəyib. Həmin vaxt Ülviyyənin ailəsi ondan Bakıda ev almasını tələb edib:

"Həmin vaxt Bakıda mənzil almaq üçün evimizi satdıq, amma paytaxtda ev ala bilmədik. Pulumuz da batdı. Ülviyyədən 50 min manat tələb edib aldığımı etiraf edirəm və bu əmələ görə çox peşmanam".

Məhkəmədə sübut kimi Ülviyyə və Rauf arasında olmuş mesajlaşmalar elan edilib. Həmin yazışmalarda üç uşaq atası olan Rauf Vəliyevin intim münasibətdə olduğu Ülviyyəni hədələməsi, görüntüləri onun ərinə, oğluna və sair şəxslərə göstərəcəyini deməsi qeyd edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1393   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.