Afrikalı vinger "Neftçi" ilə vidalaşıb

Afrikalı vinger "Neftçi" ilə vidalaşıb"Neftçi"ni Portuqaliyanın "Arouka" klubuna dəyişən nigeriyalı futbolçu Yusuf Laval "ağ-qaralar"la vidalaşıb.

"Report"un məlumatına görə, 25 yaşlı hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

Afrikalı vinger azarkeşlərə, klub rəhbərliyinə və sabiq komanda yoldaşlarına minnətdarlığını bildirib: "Təşəkkürlər, "Neftçi" ailəsi! 30 ay ərzində məni sevgi ilə qarşıladıqları üçün Bakı şəhərinə və bütün azarkeşlərə "çox sağ ol" deyirəm. Klub prezidenti Kamran Quliyevə böyük hörmətim var. Baş məşqçi Laurentsiu Regekampf və onun bütün heyətinə təşəkkür edirəm. Xüsusilə idman direktoru Zaur Əzizov və menecer Qədir Həsənova. Nəhayət, mənimlə işlədiklərinə və böyüməyimə kömək etdiklərinə görə komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm. Əminəm ki, tezliklə yenidən görüşəcəyik. Çünki futbol qlobal ailə işidir. Hamınıza təşəkkür edirəm, Allah sizdən razı olsun".

Qeyd edək ki, Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçmişdi. O, yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 818   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bəhlulun qoldan sonra ağladığı an... - Video

Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi "Ayntraxt Frankfurt" üzərində 3:2 hesablı tarixi qələbə qazanıb. "Qafqazinfo" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanı

22.01.2026 792
.

Şəlalədə selfi çəkdirmək istəyən gənc futbolçu yıxılıb öldü

Fransalı futbolçu Aleksis Verqos Tailandın Samui adasında şəlalə yaxınlığında selfi çəkməyə cəhd edərkən yıxılaraq həlak olub. xarici mediaya istinadla bildirir ki, hadisə idmançı sevgilisi ilə birlikdə istirahətdə olarkən Na Muang 2 şəlaləsi yaxınlığında baş verib. Gənc futbolçu büdrəyərək sürüşkə

11.01.2026 1054
.

"Allaha dua edirdim ki, Bəhlul qol vursun" - Atası

"Həmişə onun belə bir oyunda qol vurmasını xəyal etmişəm, nəhayət, bu gerçəkləşdi". "Qafqazinfo" -a istinadən xəbər verir ki, bu sözləri Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev oğlunun "Qarabağ" - "Ayntraxt" matçında (3:2) qələbə qoluna imza atmasını şər

22.01.2026 677
.

"Qarabağ" pakistanlı futbolçunu istəyir

"Qarabağ" İsveçin "Myöllbü" klubunun pakistanlı futbolçusu Abdullah İqballa maraqlanır. BİG.AZ xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Azərbaycan klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün artıq təklif göndərib. Qeyd edək ki, Abdullah İqbal ötən mövsü

07.01.2026 665
.

"Barselona"nın Niko Şlotterbekin transferi ilə bağlı yekun QƏRARI MƏLUM OLDU

"Barselona" klubunun rəhbərliyi Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Niko Şlotterbekin transferini gündəliyindən çıxarıb. xəbər verir ki, məlumatı sport.es saytı yayıb. Mənbənin məlumatına görə, Kataloniya klubu alman oyunçunun bir çox faydalı keyfiyyətlərə malik olduğun

24.01.2026 692
.

Azərbaycanlı FIFA referisinə Avropa çempionatının final mərhələsində növbəti təyinat verilib

Azərbaycanlı FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb. Həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna - Litva qarşılaşmasının birinc

24.01.2026 550
.

"Qalatasaray" "Napoli"nin daha bir oyunçusuna elçi düşüb

"Qalatasaray" "Napoli"nin cinah hücumçusu Noa Lanqı transfer etmək istəyir. "Il Mattino"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Napoli"nin baş məşqçisi Antonio Konte ilə bir neçə dəfə problem yaşayaraq heyətdən kənarda qalıb. Lakin Konte onun komandada

03.01.2026 613
.

Dünya çempionu karyerasını bərpa etdiyini açıqlayıb

Dünya çempionu Tayson Fyuri karyerasını bərpa etdiyini açıqlayıb. "Report" xəbər verir ki, britaniyalı boksçu bu barədə sosial şəbəkə hesablarında məlumat paylaşıb. O, 2026-cı ildə rinqə qayıtmağa və 37 yaşında yenidən döyüşməyə hazır olduğunu bildirib. Qeyd edək ki, T. Fyuri ötən ilin yanvarınd

04.01.2026 703
.

İtaliyanın məşhur klubunun prezidenti Rokko Kommisso öldü

İtaliyanın "Fiorentina" futbol klubunun prezidenti Rokko Kommisso ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərinin uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat etdiyi bildirilib. "Fiorentina" bəyan edib ki, klubun "Viola Park" təli

17.01.2026 949
.

TOP MP3