Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTOAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində olublar.

Hikmət Hacıyev və Ceyhun Bayramov mərhumun ailəsinə başsağlığı diləklərini çatdırıblar.

Qeyd edək ki, Ceyhun Bayramov və Hikmət Hacıyev bu gün Azərbaycanda rəsmi səfərdə olan Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirak etdiyi bir sıra tədbirlərdə olublar. Sabah isə hər iki rəsmi şəxs ezamiyyətdə olacağı üçün bu gün Orxan Əsgərovun ailəsinə baş çəkiblər. Ceyhun Bayramov və Hikmət Hacıyev şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar və bildiriblər ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən zərərsizləşdirilib və yalnız bundan sonra yerli hüquq-mühafizə orqanları cinayətkarı saxlayıblar. Terror aktının yarım saata yaxın davam etməsinə, diplomatik nümayəndəlikdə avtomat silahdan dəfələrlə atəş açılmasına baxmayaq, İran hüquq-mühafizə xidmətinin əməkdaşları tərəfindən heç bir müdaxilə edilməyib, əksinə, onların fəaliyyətsizliyi terrorçunun öz məkrli niyyətini yerinə yetirməsinə münbit zəmin yaradıb. Bunun ən bariz nümunəsi isə səfirliyin binasının qarşısında təhlükəsizliyi təmin etməli olan polisin silahlı şəxsə qarşı heç bir tədbir görməməsi, daha sonra isə ümumiyyətlə ərazidən yoxa çıxmasıdır. Bütün bu olanlar terror aktının arxasında məhz İran hökumətinin dayanmasına dəlalət edir.(oxu.az)

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTOCeyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTOCeyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTOCeyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1581   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.