Ermənistan regionda pozuculuq fəaliyyəti ilə məşğuldur - TƏHLİL

Ermənistan regionda pozuculuq fəaliyyəti ilə məşğuldur - TƏHLİLCənubi Qafqazda sabitliyə maneə olan Ermənistan yenə də 2020-ci ildən əvvəlki ritorikaya qayıtmağa cəhd edir. Xarici himayədarların tumarları erməniləri yenə həvəsləndirir. Ermənistan rəsmiləri hərbi güc tətbiqindən danışmağa başlayırlar. Amma başa düşmürlər ki, bu çağırışlarla özlərinə ölüm hökmü çıxarmış ola bilərlər.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Ermənistan yenə də pozucu fəaliyyətini davam etdirir. Biz rəsmi İrəvandan sülh müqaviləsi üzrə daha konstruktiv mövqe gözlədiyimiz anda, qarşı tərəf yenə köhnə əyyamlara qayıdış etmək istəyir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Laçın yolu ətrafında yaranmış vəziyyətin hərbi yolla həll edilməsi təklifini səsləndirib. Təbii ki, bu, Ermənistan tərəfindən xarici himayədarlara sığınaraq verilən bəyanat olub. Maraqlıdır ki, bu bəyanatdan bir neçə gün öncə Azərbaycan prezidenti ilə telefon danışığında ABŞ dövlət katibi Antoni Blinken rəsmi Bakını sülh səylərini ikiqat artırmağa çağırıb. Bu çağırışın fonunda Ermənistanın xarici işlər naziri müharibə çağırışı edib. Belə görünür ki, üçtərəfli bəyanatın icrasını tələb edən Azərbaycandan sülh səylərinin daha da artırılması tələb edilir, müharibə çağırışı edən Ermənistana isə "gözün üstə qaşın var" deyən olmur.

"Ermənistan regionda pozuculuq fəaliyyəti ilə məşğuldur"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir bildirdi ki, bu açıqlama ilə Ermənistan 2020-ci ildən əvvəlki ritorikasına qayıdıb: "2020-ci ilin payızında bu ritorikanın nə ilə nəticələndiyini bütün dünya gördü. Bu ona dəlalət edir ki, Ermənistan yekun sülh sazişini imzalamaq fikrində deyil. Yenə də kənardan gələn təlimatlar, tapşırıqlar əsasında davranmaqdadır, regionda pozuculuq fəaliyyəti ilə məşğuldur. ABŞ-ın da həmişə olduğu kimi, məqsədli ikili yanaşması göz önündədir. İndiki şəraitdə Azərbaycan ərazisində hansısa məsələnin hərbi yolla həllindən danışılırsa, bu, çox təhlükəli bir vəziyyət yaratmış olur".

"Bu mövqe blef xarakteri daşıyır"

E.Mirbəşir vurğuladı ki, düşmən bu açıqlama ilə açıq şəkildə barış niyyətində olmadığını göstərir, yenə də Azərbaycanı müharibə ilə təhdid edir. Amma görünür Ermənistanın xarici işlər nazirinin ölkəsinin hərbi imkanları haqqında dolğun təsəvvürü yoxdur. 2020-ci ilə qədər də yenilməz erməni ordusundan bəhs edirdilər. Amma 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu həmin "yenilməz ordu"nu darmadağın etdi. Ermənistan ordusunda 10 mindən artıq fərari qeydə alındı. İndi Ermənistan darmadağın edilmiş ordusu ilə Azərbaycan ərazisində Laçın yolunu açmaq istəyirsə, özünə ölüm hökmü imzalamış olacaq. Yəni Ermənistanın xarici işlər nazirinin bu mövqeyi reallıqdan tam uzaqdır, blef xarakteri daşıyır. ABŞ başda olmaqla Qərbin Ermənistan xarici işlər nazirinin bu açıqlamasından sonra susqunluq nümayiş etdirməsi bizdə onların Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində maraqları olmadığı təsəvvürlərini möhkəmləndirir. Əksinə, onlar Ermənistandan yenə də bir alət kimi istifadə edərək Cənubi Qafqazda münaqişəli vəziyyət yaratmağa çalışır, gərginliyi artırmağa cəhd edirlər".

"Deməli, hələ Azərbaycanı yaxşı tanımayıblar"

Politoloq Natiq Miri də bildirdi ki, Ermənistan hökuməti son proseslər kontekstində ruhlanıb: "Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ciddi beynəlxalq təzyiq var. Avropa Birliyi, onun tərkib hissəsi olan Fransa, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi qətnamə, ABŞ-ın "Laçın yolu açılmalıdır" məzmunlu telefon zəngləri Azərbaycana təzyiq xarakter daşıyır. Ermənistan da bundan ruhlanıb. Əslində Mirzoyanın "müharibə yolu ilə Laçın yolu açılmalıdır" fikrinin arxasında Ermənistan ordusuna arxalanma nəzərdə tutulmur. O, beynəlxalq birliyin təşkil etdiyi hərbi gücün vasitəsilə bu yolun açılmasını təklif edib. Çünki Ermənistan bu gücdə deyil ki, ordu ilə gəlib bu yolu aça bilsin. Ayrıca bu, növbəti işğal cəhdi sayıla bilər. Çünki Laçın yolu deyilən ərazi Azərbaycan ərazisindədir. Bura heç bir dövlətin hərbi müdaxiləsi mümkün deyil. Bu, beynəlxalq hüquqa görə birbaşa işğal deməkdir. Ümumilikdə bu, çox absurd bir istəkdir və ermənilərin növbəti dəfə özlərini aldatmalarından başqa bir şey deyildir. Əgər düşünürlərsə ki, sərt ritorika ilə rəsmi Bakını geri çəkilməyə məcbur edəcəklər, deməli, hələ Azərbaycanı yaxşı tanımayıblar".

Ermənistanın sərt ritorikası cavabsız qalmamalıdır

N.Miri qeyd etdi ki, bu açıqlamanı o qədər də ciddi qəbul etmək lazım deyil: "Ancaq hər bir halda, sərt ritorika Azərbaycanı ciddi şəkildə təhdid etmək deməkdir və bu, cavabsız qalmamalıdır. Əlbəttə ki, əgər belə bir hərbi təhdid varsa və bunu bir dövlətin xarici işlər naziri edirsə, nəyə görə onda bizim sərhədlər açıq qalmalıdır? Ona görə də biz bu açıqlamaya cavab olaraq Laçın yolunu ümumiyyətlə bağlamalıyıq. Ən azından, sərhədçilərimiz və gömrüyümüz bu yolda giriş-çıxışa nəzarət etməlidirlər. Ermənilər Zəngəzur dəhlizinin açılmasına və rus qoşunlarının ora nəzarət etməsinə imkan verirlərmi? Vermirlər və buna qarşılıq Rusiya Ermənistana heç nə etmir. Bəs onda biz niyə Laçın dəhlizini tam olaraq rus hərbçilərin nəzarətinə verməliyik? Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi o deməkdir ki, 10 noyabr sənədinin bir müddəası tamamilə yerinə yetirilmir. Ermənistan bundan açıq şəkildə imtina edir. Bunun heç bir zaman həyata keçirilməyəcəyi ilə bağlı açıqlama verir. Ermənistanın xarici işlər nazirinin və parlament spikerinin son açıqlamalarına baxsaq, bunu bir daha görmüş olarıq. Belə olduğu təqdirdə Azərbaycan da öz mövqeyində bəzi dəyişikliklər etməlidir. Bütün dünyaya bəyan etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edir. Kimsə buna qarşı çıxa bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 627   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 176
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.