Ulu öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu

Ulu öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoyduGənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərimizin vətənpərvər ruhunda tərbiyə olunması mənsub olduğumuz xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin bir növ rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır və yaşadır.
1993-cü il iyunun 15-də məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıtmasıyla ölkəni xaos və anarxiyanın caynağından xilas etməsi hər birimizə yaxşı bəllidir. Ulu Öndər o qədər işlərin, gərgin fəaliyyətin arasında vaxt tapıb Azərbaycanın gələcəyi olan gənclərlə maraqlanır, onların sabaha tam layiqli vətəndaş kimi yetişməsi üçün əlindən əsirgəmirdi.
1996-ci il fevralın 2-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclərlə bağlı yeni bir dövrün əsasını qoydu. Məhz həmin gün baş tutan Azərbaycan Gənclərinin I Forumu da bunun əyani göstəricisi idi. Daha sonrakı dönəmlərdə də ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə olan diqqət və qayğı əsla və əsla azalmadı tam tərsi artan xətt üzrə davam etdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev həmin ənənəni layiqincə davam etdirməsi nəticəsində ölkəmizin gənclər siyasətində çox ciddi uğurlara imza atıldı. Cəmiyyətin bütün sferalarında gənclər irəli çəkildilər, xaricdə təhsil almağa göndərildilər, mədəniyyətdən sosial həyata, iqtisadiyyatdan idarəetməyə bütün sahələrdə gəncləşmə aparılan uğurlu islahatların əsas tərkib hissəsinə çevrildi.
2020-ci il Azərbaycan tarixinə zəfər ili həkk olundu. 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrində artıq gənclərimizin vətənpərvərlik əzmi özünü bir daha büruzə verirdi. Artıq bütün xalqımız fərqində idi ki, məhz bu gənclik işğal altında olan torpaqlara üçrəngli bayrağımızı sancacaq. 27 sentyabrdan ordumuz bütün dünyaya sübut etdi ki, bəli, məhz ulu öndər Heydər Əliyev məktəbinin davamçıları olan, Azərbaycan Respublikasının dövründə bütün yönləri ilə tam diqqət və qayğı ilə əhatə olunan bu gənclər torpaqları işğaldan azad etməyə qadirdir və Vətən yolunda qanından canından keçən bu gənclər işğal altında olan torpaqlarımızı xilas etdilər.
Azərbaycan gəncliyinə ən ali dəyəri məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilib. "Gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm." Bu cümlələr Azərbaycan gəncliyinə verilən dəyərin diqqətin bariz təcəssümüdür.
Bu gün Azərbaycan gənclərinin inkişafında həm də Heydər Əliyev Fondunun misilsiz töhfəsi vardır. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu bir sıra istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Bu istiqamətlər üzrə Fond elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir. Ümid edirik ki, bu istiqamətlər üzrə fəaliyyət göstərən gənclər gələcəkdə ölkənin layiqli vətəndaşları olacaq, vətənimizin inkişaf və tərəqqisində mühüm rol oynayacaqlar.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 618   Tarix: 30 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şok iddia: hər 10 mahnıdan 4-ü süni intellektlə hazırlanıbmış

Rəqəmsal musiqi platformalarında yayımlanan hər 10 yeni mahnıdan 4-nün süni intellekt dəstəyi ilə hazırlandığı müəyyən edilib. Əsərlərdə süni intellekt izlərini müəyyənləşdirən yeni texnologiyalar musiqi sektoruna inteqrasiya olunduğu bir vaxtda, musiqiçilər öz yaradıcılıq məhsullarının icazəsiz şəkild

20:00 148
.

İsmayıllıda toyda 24 nəfər zəhərləndi

İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. İlkin araşdırm

12:14 215
.

Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?

"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurt

14:14 198
.

Xəzər quruyur? - Su yenidən qalxsa, bunlar baş verəcək

Son illər Xəzər dənizinin sahildən nəzərəçarpacaq dərəcədə geri çəkilməsi ciddi narahatlıq doğurur. Bakının bəzi ərazilərində suyun əvvəlki xəttindən xeyli uzaqlaşması bir əsas sual formalaşdırır: Xəzər niyə çəkilir və gələcəkdə bizi hansı ssenari gözləyir?. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsini

19:45 172
.

"Bu, güc nümayişindən çox strateji çətinliklərin göstəricisidir" - Ekspert

Rusiyanın Böyük Britaniyanı müharibə ilə hədələməsi Moskvanın Ukrayna cəbhəsində qarşılaşdığı mürəkkəb vəziyyətin göstəricisi ola bilər. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, dörd ildən artıqdır Ukraynada istədiyi nəticəni əld

13:57 179
.

Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı

Bu ilin iyul ayında paytaxtın Xətai rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Yusif Səfərov küçəsində ucadan söyüş söyərək vətəndaşların narahatlığına səbəb olan gənc ərazidə xidmət aparan polisin diqqətini çəkib. Həmin gəncə sakitliyə riayət etməsi bildirils

16:40 213
.

Maşın bazarı, bahalaşma SƏBƏBLƏRİ - Artım yalnız gömrüklə bağlı deyil

Xarici elan saytında 12-15 min dollara satılan avtomobil ilk baxışdan sərfəli seçim təsiri bağışlayır. Lakin həmin maşın Bakıya çatdırılıb qeydiyyata alınanadək qiymət bəzən gözlənilmədən on minlərlə manat artır. Səbəb təkcə gömrük rüsumu deyil. Daşıma, sığorta, aksiz, ƏDV, terminal xərcləri, ekspertiz

18:45 155
.

Prezident İlham Əliyevin UzA müsahibəsi: Azərbaycan-Özbəkistan münasibətləri yeni strateji mərhələdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsini, gələcək inkişaf istiqamətlərini və iki qardaş ölkənin regional proseslərdə artan rolunu geniş şəkildə ortaya qoyub. Dövlə

16:28 186
.

ABŞ kəşfiyyatı Stiv Cobsu belə xilas edibmiş

1980-ci illərin ortalarında Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) peyk kəşfiyyatı üçün 20 00 stansiya sifariş etməklə Stiv Cobsun "NeXT" şirkətini iflasdan xilas edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sifariş sayəsində Cobs Əpl üzərində nəzarət

21:15 115
.