Azərbaycanın "Avroviziya 2023" üçün namizədi artıq seçilib? - AÇIQLAMA
İctimai Televiziya (İTV) "Avroviziya 2023" mahnı müsabiqəsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Televiziyadan APA-nın sorğusuna cavab olaraq nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova bildirib ki, yayılan söhbətlər finala vəsiqə qazanmış iştitakçılara qarşı hörmətsizlikdir: "Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb.
Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm".
"Avroviziya 2023" Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov isə builki Avroviziya təmsilçimizin hələ bəlli olmadığını qeyd edib: "Bu qərar verilməzdən əvvəl yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq".
Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun sözlərinə görə, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur:
"Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm".
Qeyd edək ki, bu günlərdə Azərbaycanı "Avroviziya"da təmsil etmək üçün müraciət edən namizədlərdən biri Rauf Kingsley seçim turlarından narazı olması barədə açıqlama verib.
O, Azərbaycan deleqasiya nümayəndələrini göndərilən heç bir sənətçinin mahnılarını dəyərləndirilməməkdə ittiham edib.
İfaçının sözlərinə görə, artıq "Mamagama" adlı qrup qalib olaraq seçilib. Rauf Kingsley seçimin yenidən aparılmasını tələb edib:
"Shortlist"in yenidən yaradılmasını şəffəf və açıq şəkildə ən layiqli sənətçinin və mahnının, ədalətli seçilməyini tələb edirəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 "Bütün dünya bizim toyumuzdan danışacaq"
Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd
16.09.2021 2225 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763