Gediş haqqı artdı: Sərnişindaşımada hansı dəyişikliklər olacaq? - AÇIQLAMA

Gediş haqqı artdı: Sərnişindaşımada hansı dəyişikliklər olacaq? - AÇIQLAMA"Elə bir şəraitə yaranmışdı ki, gediş haqqının artırılması vacib idi. Çünki sərnişindaşımada yaxud da metroda maya dəyərinə görə hesablandıqda bir adamın daşınması xərci nisbətən 30 qəpikdən yuxarı səviyyədə idi. Ona görə gediş haqqının artırılması müəyyən qədər həmin o sahələrə təsir edəcək. Amma onu deyə bilərəm ki, inqilabi dəyişikliklər baş verməyəcək. Çünki bunlar bir nəqliyyatdan asılı deyil".

Bunu BiG.AZ-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, texnika elmləri üzrə fəlsəfə doktoru dossent Fərhad Eyyubov ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı danışarkən deyib.

O bildirib ki, ictimai nəqliyyatda qiymət artımı sərnişindaşımada keyfiyyətə müəyyən qədər təsir edəcək:

"Nəqliyyatın sərnişin xidmətinin keyfiyyət göstəriciləri var. Bura 4 əsas göstərici daxildir. Birincisi, nəqliyyat vasitələrinin tutumu, yəni dolma əmsalı. Nəqliyyat vasitələrinin dolma əmsalı marşrutda olan nəqliyyat vasitələrinin sayından asılıdır. Əgər o, çox deyilsə, tutum məsəl üçün səhər-axşam pik vaxtlarda çox olur. Yəni insanlar bu vaxt çox əziyyət çəkirlər. İkinci göstərici müntəzəmlikdir, yəni marşrutlararası intervaldır. Müntəzəmlik, yəni bir dayanacaqdan eyni marşrutlu avtobusların bir-biri arasındakı vaxtdır. Müntəzəmlik pozulmamalıdır. Bu müntəzəmliyin pozulmaması üçün tıxacların aradan qaldırılması lazımdır.

Avtobus marşrutları üçün əlavə zolaq var. Bu zolaqların olması vacibdir. Tıxac olsa, deməli, müntəzəmlik pozulur. Müntəzəmlik məsələsi bəzən avtobuslardan asılı deyil. Bu nöqteyi-nəzərdən bu, kompleks məsələdir. İndi gediş haqqı 40 qəpik oldu və həmin dəqiqə yollar açılmadı, tıxaclar dəyişmədi, avtobus zolaqları tamamilə axıra qədər çəkilmədi deyə deyimlər var. Üçüncü məqam isə keyfiyyət məsələsində bir sərnişinin təyinat yerinə, yəni səhər evdən işə, işdən evə yaxud digər yerlərə getmə müddətidir. Ona görə göstərici deyirəm ki, çünki qiymət artan kimi bunlar düzələcəyi çətin məsələdir. Nəhayət 4-cüsü təhlükəsizliyin təmin olunmasıdır. Çünki insanlar bəzi vaxtlarda avtobuslarda başqa yerdə zədələnirlər, travma alırlar və s. Bu da keyfiyyətin əsas göstəricilərindən biridir. İndi bizdə avtobuslarda o qədər çox təhlükə yoxdur.

Deməli avtobusun tutumundan istifadəsi, müntəzəmlik, insanların nəqliyyata sərf etdiyi vaxt və təhlükəsizlik məsələləri bir yerdə hərəsinin ayrıca əmsalları var. Qiymət artırılanda da bunların hər birinə ayrıca baxılmalıdır. Bunların hamısını düzəltmək üçün bu qiymət artımına görə mümkün deyil. Yalnız bu qiymət artımı avtobusların müəyyən qədər dəyişməsinə, parklarda müəyyən qədər xərclərin ödənilməsinə, sürücülərin maaşlarına və s. kömək edər. Amma buna kompleks yanaşılmalıdır. Mənim fikrimcə, bu qiymət artımı müəyyən qədər təsir edəcək. Amma böyük formada təsiri olmayacaq. Çünki müntəzəmliyi düzəltmək üçün tıxaclar aradan qaldırılmalıdır, həmin zolaqlar axıra qədər çəkilməlidir.

Bunun çox az faizi aradan qalxacaq. Tam düzəlməyəcək. Lakin indiki vəziyyətdə daha da geri gedirdi. Əgər qiymət artmasaydı, bu vəziyyət daha da pisləşəcəkdi. Bu nöqteyi-nəzərdən qiymətlərin artırılması vacib idi. Amma məsuliyyəti böyük olmalıdır. Nəqliyyat müəssisələrinin və bu işlə məşğul olanların məsuliyyəti böyük olmalıdır. Çünki gediş haqqı artdı və vətəndaşlar da gözləyir ki, qiymət artanda keyfiyyət artmalıdır, müəyyən qədər yaxşılaşma getməldir. Ona görə indi insanların tələbatı daha çox olacaq ki, ictimai nəqliyyatda 33 faiz qiymət artım oldusa, sizdə öz üzərinizə düşən vəzifəni yerinə yetirin. İndi onlar da müəyyən qədər bunu yerinə yetiricəklər.

Hazırda obyektiv səbəbləri olan məsələlər var. Yəni bəzi məsələlər nəqliyyatçıların işindən asılı deyil. Ona görə də bu, kompleks məsələdir. Bunları araşdırmaq və elmi cəhətdən analiz etmək lazımdır. Harada çətinliklər, nisbətən çatışmayan cəhətlər varsa onları düzəltmək lazımdır. Nəqliyyat sahəsində sabit və dəyişən xərclər deyilən anlayış var. Yəni biri var ki, ümumi əməkhaqqı, avtobusların alınması və s. Bir də var ki, sürücülərin əməkhaqqısı, yanacaq, istismar xərcləri, şinlərdir. Bunların hamısını ödəyəcəklər. Amma keyfiyyətli daşıma və sərnişinlərə keyfiyyətli xidmət üçün dediyim 4 göstərici dəyişdirilməlidir. Harada çatışmayan cəhətlər varsa bunlar bilinməlidir. Qiymət artısa və dediyim keyfiyyət məsələsi üçün də nəqliyyat işçiləri güclü çalışmalıdırlar".

Ekspert bildirib ki, metroda hər bir nəfərin gedişi üçün verilən ödənişin məbləği daha çoxdur:

"Metroda bütün göstəricilər qayda-qanunla yerinə yetirilir. Çünki metronun özünün əsaslı vəsait qoyuluşu çoxdur, yəni orada həddindən artıq xərclər çoxdur. Metronun bir adamın gediş haqqısı 80-85 qəpik arasında dəyişir. Ona görə də dövlət oraya dotasiya verir, onu ödəyir. İndi 10 qəpik artanda müəyyən qədər o ödəmələr azalacaq. Gərək yerüstü nəqliyyat vasitələri, avtobuslar yaxşı işləsin ki, metroya da gərginlik, insanların axını nisbətən onların götürə biləcəyi yük qədər olsun. Səhər-axşam pik saatlarda çətinlik yaranır. Metroda nizamlama da yaxşıdır. Ümumiyyətlə, orada müəyyən prinsiplər yerinə yetirilir, çünki onlara əlavə kənardan müdaxilə yoxdur. Amma avtobus yollarda gedir, tıxaclar var. Yəni başqa maşınların təsiri avtobusların müntəzəmliyinə maneə olur".

Qeyd edək ki, bu gündən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minir. Yeni tariflərə əsasən, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olub.
Gediş haqqı artdı: Sərnişindaşımada hansı dəyişikliklər olacaq? - AÇIQLAMANuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1116   Tarix: 03 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 173
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.