4 general-polkovnikdən sonra bu ordeni alan Vasif oldu
Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunan Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir.
"Qafqazinfo" xəbər verir ki, 2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir. Daha əvvəl 1-ci dərəcəli "Rəşadət" ordeni ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.
Qeyd edək ki, "Rəşadət" ordeninin dərəcələri ardıcıllıqla, Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunur:
– Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
– Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
– Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;
– Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;
– Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
– Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
"Rəşadət" ordeninin üç dərəcəsi var. "Rəşadət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Qeyd edək ki, terror basqını zamanı Vasif Tağıyevin davranışları beynəlxalq səviyyədə reaksiya doğurub, onun terrorçunu zərərsizləşdirməsi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1698 Tarix: 03 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qol saatına görə QAN TÖKÜLDÜ: "Bilsəydim, tək çıxmazdım"
Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Azad Əliyevin ifadəsi ilə davam edib:. "Röyalla eyni kənddənik
18:15 55 İlham Əliyevin UzA müsahibəsi: Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirib. Dövlət başçısının müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin siyasi, iqtisadi, nəqliyyat
18:33 0 Azərbaycan-Özbəkistan münasibətləri: Bakı və Daşkəndi birləşdirən yeni xəritə
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir sıra mühüm siyasi, iqtisadi və geostrateji mesajları ilə diqqət çəkib". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, müsahibənin ayrı-ayr
17:06 139 "Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur"
"Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Mill
14:44 167 "Azərbaycan və Özbəkistanın münasibətləri türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir" - BƏHRUZ QULİYEV
"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə inkişaf edir. Bu gün Azərbayca
15:02 161 İrana qarşı yeni sanksiyalar Azərbaycana da təsir edə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi daha da sərtləşdirmək niyyəti regionda yeni iqtisadi riskləri gündəmə gətirib. ABŞ rəsmiləri İrana qarşı indiyədək tətbiq olunan təzyiqlərdən daha sərt sanksiyaların hazırlanacağını açıqlayıblar. Vaşinqton eyni zamanda İranla iqtisadi əlaqələri davam etdirən üçünc
11:35 177 Tövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
10:10 187 Bakı-Daşkənd əməkdaşlığı: Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən xətt
Geosiyasi konfiqurasiyanı təhlil etdikdə, əminliklə demək mümkündür ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bu gün Avrasiya coğrafiyasında geosiyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizlik arxitekturasının ən mühüm dayaqlarında
17:53 105 Məktəbli forması ilə bağlı SƏS YAZISI yayıldı: Təhsil İdarəsi açıqlama verdi
"Müəllimlər, bunu valideynlərə bildirin, hamı məktəbli formasını Tamirin mağazasından alsın! Aldığınız geyimlər haqqında mənə məlumat verin, çünki məndən də hesabat tələb olunur". Xəzər TV-yə istinadən xəbər verir ki, bu səs yazısının Göyçay rayonunun Çərəkə kənd 2 saylı tam orta məktəbin direkto
10:57 190