"Zəhra anasının paltarlarını qucaqlayır"

"Zəhra anasının paltarlarını qucaqlayır""Zəhra evlərində atasının yanındadır. Uşağın ürəyi partlayır. Mən onu başa düşürəm. Allah heç bir balaya göstərməsin. Mən də anama çox bağlı idim. Uşaq olanda anamla atam gedib Amerikada 6 ay qaldılar. Biz də iki bacı, iki qardaşıq, bibilərimizlə qaldıq. O qədər darıxmışdım ki, onlar üçün arıqlamışdım. Hələ bilirdim ki, anam gələcək. Zəhra bilir ki, anası qayıtmayacaq, onu yalnız seriallarda görür".

OLAY-ın məlumatına görə, bu sözləri TikTok-da canlı yayım zamanı Əməkdar artist Ülviyyə Əliyeva mərhum həmkarı və rəfiqəsi Tünzalə Əliyevanın övladı haqda deyib. O bildirib ki, Zəhra hər gün anasına görə onun son çəkildiyi serialı izləyir:

"Hər gün "Qaratikan" serialına baxır. Çox pis şeydir. Haradasa 11 gündür rəhmətə gedib. Uşaq arıqlayıb. Röyala deyirəm ki, toppuş elə bil arıqlayıb. Dərdini içində çəkir. Dünən Dilarə (Əməkdar artist Dilarə Əliyeva, - red.) həmin serialdan danışdı. Soruşdu ki, Zəhra, "Qaratikan"da ən çox kimə gülürsən, kim xoşuna gəlir? Deyir ki, anam. İndi onun anaya bağlı olan, onu qucaqlayan vaxtıdır. Amma anasının paltarlarını qucaqlayır. Uşağın üzünə heç baxa bilmirsən. Nə vaxt yanına gedirəm, ancaq anasından danışmaq istəyir. Hər şeydə onu axtarır. Ata nə qədər baxsa da, uşaq anadan yetim qalır".

Aktrisa həmçinin Xalq artisti Afaq Bəşirqızının Zəhra üçün fond yaradılması təklifindən də söz açıb:

"Afaq xanım sənət adamlarına müraciət etmişdi. Ona görə ki, 3 mərasimini, dəfnini Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra hakimiyyəti boynuna götürmüşdü. Allah onlardan razı olsun. Sənət yoldaşları mərasimdə el adəti ilə dəftər soruşdular ki, pul yazılsınlar. Biz dedik ki, pul yığılmır. Çünki ayıb olar ki, Nazirlik əziyyət çəkib mərasim verir, biz də dəftər qoyub pul yığaq. Onda da demişdilər ki, biz kömək olmaq istəyirik. O zaman Afaq xanım bu təklifi irəli sürdü ki, sənət yoldaşlarından kim istəyirsə, fond yaradılsın, Zəhra üçün ora pul yığılsın. Həmin məbləğ də banka yüklənsin, ehtiyacı olanda atası oradan çıxartsın. Yaxud da 18 yaşına çatanda onun təhsili üçün xərclənsin.

Anasından, iş yoldaşlarından yadigar qalsın. Axı bir də iş yoldaşı ola bilməyəcəyik. Bunu şişirtdilər, aləmi vurdular, kömək etmək istəyənlər də kənara çəkildilər. Sonra Manaf Ağayev, Gülyaz və Gülyanaq bacıları soruşdu ki, biz nə edə bilərik. Afaq xanım da dedi ki, istəyirsizsə, Tünzalənin 40-na qədər baş daşını və qəbrini düzəltdirək. Ailəyə yük düşməsin, həyat yoldaşı uşağa tək baxır, bacılarının da imkanı yoxdur. Onlar da razılaşdılar. Hələlik pul köçürənlər. Dilarə Əliyeva, Manaf Ağayev Rafael İskəndərovdur. Həyat yoldaşı da bu gün qəbir abidəsinin düzəldilməsi üçün behi ödədi. Qalan pul yığılmayıb, Röyal da dedi ki, alınmasa, özü edəcək. Afaq xanım da deyir, indi uşağa baxır, pulu haradandır, əlində olanı Zəhraya xərcləsin. Hələlik məsələ bu yerdə qalıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1307   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 86
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 173
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.