Britaniyalı səyyah: "Azad edilmiş ərazilərə həyat qayıdır və bu sevindiricidir"

Britaniyalı səyyah: "Azad edilmiş ərazilərə həyat qayıdır və bu sevindiricidir""Şadam ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri tədricən bərpa olunur, buralara həyat geri qayıdır".

Bunu "Report"un əməkdaşına açıqlamasında Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər qrupunun tərkidində yer alan britaniyalı səyyah Saşa Hini deyib.

Gördüklərindən heyrətlənən S.Hini ağrı və kədərlə dolu yerlər görəcəyini gözlədiyini söyləyib.

"Ancaq gənc nəslin bu yerləri necə bərpa etdiyini, onların ilkin görkəmini bərpa etməyə, yenidən həyata qaytarmağa çalışdığını görmək çox sevindiricidir", - o bildirib.

S.Hini vurğulayıb ki, bir vaxtlar buradan qovulmuş insanların öz torpaqlarına qayıtması üçün hava limanlarının, yaşayış binalarının tikildiyini, şəhər və kəndlərin salındığını görüb.

Azıx mağarası ilə bağlı təəssüratlarından danışan səyyah buranın unikal və tarixi dəyərə malik olduğunu qeyd edib.

"Bir çox səyahətçilər üçün işğaldan azad edilmiş əraziləri ziyarət etmək çox maraqlıdır. Xəbərlərdə bura gələn insanların olduğunu eşitmişik, lakin hər şeyi öz gözlərimizlə görmək bizim üçün imtiyazdır", - o əlavə edib.

Qeyd edək ki, bu gün 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. 30 nəfərlik qrupa ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələr daxildir. Səyahətçilər fevralın 4-6-da Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Moskva xəbərdarlıq etdi: Məsul şəxslər cəza alacaqlar

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmayacağını bildirib. xəbər verir ki, bu barədə Zaxarova özünün "Telegram" kanalında paylaşım edib. "Darya Dugina və digər rusiyalı jurnalistlərə qarşı törədilən cinayətləri

10:41 144
.

Kirayə müqaviləsi bağlamaq niyə vacibdir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son illər kirayə münasibətlərində yazılı müqavilənin əhəmiyyəti daha çox müzakirə olunur. Ev sahibi ilə kirayəçi arasında şifahi razılaşma tərəflər üçün müəyyən risklər yarada bilər. Yazılı kirayə müqaviləsi isə aylıq ödənişin məbləği, müqavilənin müddəti, tərəflərin öhdəlikləri, kommunal xərclər v

11:18 164
.

Kəlbəcərə dolu düşüb

Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöld

11:59 167
.

Bakı-Daşkənd əməkdaşlığı: Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən xətt

Geosiyasi konfiqurasiyanı təhlil etdikdə, əminliklə demək mümkündür ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bu gün Avrasiya coğrafiyasında geosiyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizlik arxitekturasının ən mühüm dayaqlarında

17:53 104
.

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin keçmiş həyat yoldaşı Anna Devoçkinadan olan iki oğlu üçün alimentin azaldılması tələbi yenidən təmin edilməyib. Axşam.az xəbər verir ki, şoumen bir ildən artıqdır övladları üçün ödədiyi alimentin 1,5 milyon rubldan (31 min manat) 500 min rubla (10 mi

11:21 252
.

İlham Əliyev: Güclü liderlik və diplomatik iradə Azərbaycanın beynəlxalq mövqeyinin əsas dayaqlarından biri

Müasir Azərbaycanın siyasi tarixində Prezident İlham Əliyevin rəhbərliyi ölkənin dövlətçilik inkişafı, milli maraqların qorunması və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm mərhələ təşkil edir. Onun liderlik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri daxili siyasətd

11:48 174
.

Azərbaycan-Özbəkistan münasibətləri: Bakı və Daşkəndi birləşdirən yeni xəritə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir sıra mühüm siyasi, iqtisadi və geostrateji mesajları ilə diqqət çəkib". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, müsahibənin ayrı-ayr

17:06 137
.

ABŞ Çini amerikalı alimin qanunsuz həbsində ittiham etdi

ABŞ Dövlət Departamenti Çinin amerikalı alim Vu Min Cinqi qanunsuz şəkildə həbs etdiyini bildirib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. ABŞ Dövlət Departamentinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Dövlət Katibinin köməkçisi Dilan Conson bildirib ki, Amerika vətəndaşlarını

10:29 137
.

Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?

"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurt

14:14 165
.