Əhali arasında NARAHATLIQ - Kommunal xidmətlərin də qiyməti artacaq?

Əhali arasında NARAHATLIQ - Kommunal xidmətlərin də qiyməti artacaq?"Enerji resursları ilə zəngin ölkəmizdə tariflər yenidən yüksəldilərsə, bu, dövlətimiz adına utancverici qərar olar" - Vüsalə Əhmədova
Fevralın 3-dən etibarən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər qüvvəyə minib. Belə ki, metro və şəhərdaxili avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olub. Əhali isə bundan sonra digər xidmətlərin də bahalaşacağından narahatdır. Bəzi ekspertlər də bildirir ki, metro və avtobuslarda gediş haqqı artandan sonra kommunal xidmətlər, hətta enerji daşıyıcılarının da qiymətində artım olma ehtimalı var. Eyni zamanda, əmək haqlarında və pensiyalarda artımların olmasına rəğmən, özəl sektorda çalışanlar artımın onlara aid olmadığını bildirirlər. Elə əsas narazılıq da buradan yaranır.

Xatırlatmaq yerinə düşər ki, hələ ötən ilin sonunda bir sıra beynəlxalq təşkilatlar bu il üçün heç də ürəkaçan proqnozlar vermirdilər. Xüsusilə də qeyd edilirdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda MDB ölkələrində iqtisadi artım daha zəif olacaq.

Bəs, görəsən, bütün bu deyilənlərin hər hansı əsası varmı? Əhalinin sosial rifahının iflic vəziyyətə düşməməsi üçün nələr edilməlidir?

İqtisadçı alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a deyib ki, ilk baxışda minimum əmək haqqında və ya pensiyalarda edilən artım vətəndaşların iqtisadi vəziyyətini yaxşılaşdıracaq kimi görünür:

"Ancaq həqiqətdə inflyasiyaya səbəb olur. İlk öncə, bu artımlar cüzi əhali təbəqəsini əhatə edir. Digər tərəfdən, minimum əmək haqqı əsasən sahibkarlar tərəfindən əmək müqavilələrinin rəsmiləşdirilməsində istifadə edilir. Ölkədə əksər əmək müqavilələri minimum əmək haqqı məbləği ilə bağlanır. 2023-cü il yanvar ayına qədər 300 manat ilə bağlanmış əmək müqavilələri yanvar ayının 1-dən etibarən 345 manat ilə bağlanacaq. Dolayısıyla, əmək haqlarında heç bir artım olmayan özəl sektor işçilərinin çiyinlərinə yeni xərclər qoyulmuş olur. Yəni işçilərin sosial sığorta haqlarını ödəmək üçün daha çox pul sərf etməli olan işəgötürənin xərcləri artır. Ölkədə inflyasiya yaradan bir neçə faktor var ki, bunlardan ən əsası da qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilərdir. Beləcə, büdcədən maliyyələşən bir sıra qurumlarda çalışanların əmək haqlarının və ya pensiyaların cüzi artırılması qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilər yaradır, bu da dolayısıyla inflyasiyaya səbəb olur. Bazarlarda ərzaq qiymətləri durmadan artır, bu yöndə hər gün vətəndaşlardan şikayətlər daxil olur. Başa düşmək olar, pandemiya zamanı bütün dünyada istehsal prosesində fasilələr yarandı, tədarük zəncirində qırılmalar baş verdi, əlavə olaraq da yüksək tələb bütün növ məhsul qiymətlərində yüksəlmələrə səbəb oldu. Ancaq bu proses Azərbaycanda sanki davamlı hal alıb. Həm iqtidar, həm də müxalifət hədsiz qiymət artımının mövcudluğunda həmfikirdir, lakin effektiv mübarizə aparan yoxdur".

Ekspert əlavə edib ki, hazırda mövcud olan qiymət artımı böyük ölçüdə süni artımdır: "Bir növ qiymət fürsətçilliyidir. Bəli, hər kəs çox gözəl bilir ki, sərbəst bazar iqtisadiyyatında malın qiymətini tələb və təklif müəyyən edir. Lakin sərbəst bazar iqtisadiyyatı özbaşınalıq, anarxiya demək deyil.

İctimai nəqliyyatdan istifadə haqları qaldırıldı. Digər kommunal xərclərin də artırılacağı ilə bağlı dəqiq informasiyam yoxdur. Ancaq həqiqətən də artım gözlənilirsə, hazırkı vəziyyətdə bunun çox yanlış addım olacağını düşünürəm. Məlumdur ki, heç bir enerji resuru olmayan Türkiyədə vətəndaşları nəzərə alan hökumət bu ilin yanvar ayından etibarən təbii qaza 12% endirim etdi. Enerji resursları ilə zəngin ölkəmizdə tariflər yenidən yüksəldilərsə, bu, dövlətimiz adına utancverici qərar olar. 400-600 manat əmək haqqı alan vətəndaş yalnız istilik üçün hər ay 100 manat ödəyir. Ölkədə hasil olunan qazın böyük hissəsi xaricə satılır. Sosial rifahı getdikcə pisləşən əhalini nəzərə alan yoxdur. Çünki qiymətlər və tariflər qalxır, lakin dövlət gəlirləri inflyasiya həddinə müvafiq artırmır. Bu isə ən çox aşağı və orta gəlirli vətəndaşların vəziyyətinə mənfi təsir edir. Sahibkarlara gəlincə, onlar inflyasiya şəraitində yeni iş yerləri açmaq əvəzinə əllərindəki nağd pulu daşınmaz əmlaka, qızıla və valyutaya investisiya etməyə üstünlük verirlər. Çünki burada daha rahat qazanc var, vergilərdən yayınmaq isə daha asandır. Beləcə, iri kapitalın istehsal sferasından ticarətə axını baş verir ki, bu da inflyasiyanın ən mənfi nəticəsidir. Belə olan halda kasıb əhali daha da yoxsullaşarkən, varlılar əmək sərf etmədən daha da zənginləşir. Cəmiyyətdə gəlir bölgüsü pozulur və ədalətsizlik hökm sürür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1766   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.