Xırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

Xırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıbXırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər tutulublar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Eldar Raxmatulinin üzərindən və yaşadığı evdən 4 kiloqram 65 qram marixuana, 1 kiloqram 25 qram heroin və 403 qram psixotrop maddə metamfetamin aşkar edilib.

İdarə əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Sənan Əzimovdan isə 490 qram marixuana və 1 ədəd "TOZ-8" modelli müvafiq sənədləri olmayan odlu yivli silah aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 550   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskva xəbərdarlıq etdi: Məsul şəxslər cəza alacaqlar

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmayacağını bildirib. xəbər verir ki, bu barədə Zaxarova özünün "Telegram" kanalında paylaşım edib. "Darya Dugina və digər rusiyalı jurnalistlərə qarşı törədilən cinayətləri

10:41 144
.

Kirayə müqaviləsi bağlamaq niyə vacibdir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son illər kirayə münasibətlərində yazılı müqavilənin əhəmiyyəti daha çox müzakirə olunur. Ev sahibi ilə kirayəçi arasında şifahi razılaşma tərəflər üçün müəyyən risklər yarada bilər. Yazılı kirayə müqaviləsi isə aylıq ödənişin məbləği, müqavilənin müddəti, tərəflərin öhdəlikləri, kommunal xərclər v

11:18 164
.

Kəlbəcərə dolu düşüb

Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöld

11:59 167
.

Bakı-Daşkənd əməkdaşlığı: Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən xətt

Geosiyasi konfiqurasiyanı təhlil etdikdə, əminliklə demək mümkündür ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bu gün Avrasiya coğrafiyasında geosiyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizlik arxitekturasının ən mühüm dayaqlarında

17:53 104
.

Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin keçmiş həyat yoldaşı Anna Devoçkinadan olan iki oğlu üçün alimentin azaldılması tələbi yenidən təmin edilməyib. Axşam.az xəbər verir ki, şoumen bir ildən artıqdır övladları üçün ödədiyi alimentin 1,5 milyon rubldan (31 min manat) 500 min rubla (10 mi

11:21 252
.

İlham Əliyev: Güclü liderlik və diplomatik iradə Azərbaycanın beynəlxalq mövqeyinin əsas dayaqlarından biri

Müasir Azərbaycanın siyasi tarixində Prezident İlham Əliyevin rəhbərliyi ölkənin dövlətçilik inkişafı, milli maraqların qorunması və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm mərhələ təşkil edir. Onun liderlik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri daxili siyasətd

11:48 174
.

Azərbaycan-Özbəkistan münasibətləri: Bakı və Daşkəndi birləşdirən yeni xəritə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir sıra mühüm siyasi, iqtisadi və geostrateji mesajları ilə diqqət çəkib". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, müsahibənin ayrı-ayr

17:06 137
.

ABŞ Çini amerikalı alimin qanunsuz həbsində ittiham etdi

ABŞ Dövlət Departamenti Çinin amerikalı alim Vu Min Cinqi qanunsuz şəkildə həbs etdiyini bildirib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. ABŞ Dövlət Departamentinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Dövlət Katibinin köməkçisi Dilan Conson bildirib ki, Amerika vətəndaşlarını

10:29 137
.

Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?

"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurt

14:14 165
.