ABŞ ilk dəfə olaraq rusiyalılardan müsadirə etdiyi aktivlərin Ukraynaya ötürüldüyünü açıqlayıb
ABŞ ilk dəfə olaraq Ukraynanın xeyrinə rusiyalıların aktivlərini müsadirə etmək qərarına gəlib.
"Report" "CNN"ə istinadən xəbər verir ki, ölkənin Baş prokuroru Merrik Qarland rusiyalı iş adamı Konstantin Malofeyevdən müsadirə edilən 5,4 milyon dolların Kiyevə ötürüldüyünü açıqlayıb.
Baş prokuror xatırladıb ki, 2022-ci ilin yazında o, K. Malofeyevi sanksiyalardan yayınmaqda ittiham edib:
"Müsadirə olunan vəsait Ukrayna xalqına dəstək olmaq üçün Dövlət Departamentinə veriləcək".
ABŞ-də keçirilən tədbirdə iştirak edən Ukraynanın Baş prokuroru Andriy Kostin Vaşinqtona "qətiyyətli tədbirlər və dəstəyə görə" təşəkkür edib.
Xatırladaq ki, bu həftənin əvvəlində Nyu Yorkun Cənub Dairəsi məhkəməsi ABŞ Maliyyə Nazirliyinə rusiyalı milyaderlə bağlı 5,4 milyon dolları müsadirə etməyə icazə verib. Prokurorluq bildirib ki, biznesmen 2015-ci ildə ABŞ-nin sanksiyalarını pozaraq vəsaitləri tərəfdaşına ötürməyə cəhd edib. K. Malofeyev 2014-cü ildən ABŞ-nin sanksiya siyahısındadır. İş adamının özü daha əvvəl 2014-cü ildən Qərbdə heç bir aktivinin olmadığını iddia etmişdi.
Qeyd edək ki, 49 yaşlı Konstantin Malofeev rusiyalı sahibkar, milyarder, siyasətçi və ictimai xadim, "Rostelekom" səhmlərinin sahibi, "Çarqrad" şirkətlər qrupunun direktorlar şurasının sədri, Dünya Rus Xalq Kilsələri təşkilatının sədr müavini, "Çarqrad" telekanalının təsisçisi, "Çarqrad" icmasının sədrdir. O, Rusiyada dövlət səviyyəsində dəstəklənən "rus dünyası" konsepsiyasını maliyyələşdirənlərdən biridir.
Siyasətçi-sahibkar 2014-cü ildən Avropa İttifaqının (Aİ) 27 ölkəsi, ABŞ, Kanadanın sanksiyaları altındadır. 2017-ci ildən dövlətlərarası axtarışda, daha sonra isə əlavə Böyük Britaniya, İsveçrə, Avstraliya, Yaponiya və s. ölkələr tərəfindən sanksiyalara məruz qalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 615 Tarix: 05 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 86 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175