Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi: Siyahıda çox sayda məşhur sənətçilər də var
Kanada hökuməti Ukraynaya qarşı genişmiqyaslı müharibə apardığı üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Yeni siyahıya Rusiya Federasiyasının 38 fiziki və 16 hüquqi şəxs daxil edilib ki, onların dezinformasiya və təbliğat xarakterli məlumatların yayılmasında əli olduğu bildirilib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bu siyahıya əsasən, "Rossiya seqodnya" dövlət media şirkəti, rusdilli informasiya resurslarını birləşdirən "RIA Novosti", PRAYM, "Inosmi", TOK, KOT, "Baltnews", "Ukraina.ru", "Sosial Navigator" və "Arctic .ru" daxil edilib.
Həmçinin United World International və Repressiyaya Qarşı Mübarizə Fondu da sanksiyalar siyahısına salınıb. Onların "Vaqner"in təsisçisi və sahibi Yevgeni Priqojinlə sıx bağlı olan dezinformasiya subyektləri olduğu qeyd edilib.
Kanadanın sanksiya məhdudiyyətlərinə daxil edilənlər sırasında Nikolay Baskov da var. O, Ukraynanın işğal olunmuş ərazilərindəki Rusiya qoşunlarını ziyarət edib və Ukrayna ərazilərinin qanunsuz ilhaqına dəstək məqsədilə Moskvada Qızıl Meydanda təşkil olunan konsertdə çıxış edib.
Ümumilikdə Rusiya dezinformasiya agentləri siyahısına 38 nəfər daxil edilib. Onlar arasında Mixail Boyarski, Marat Başarov, Dima Bilan, Larisa Dolina, Nikolay Rastorquyev, Oleq Qazmanov, Polina Qaqarina, Nadejda Babkina, İrina Alleqrova Maksim Averin, Dmitri Dyujev, Mixail Qalustyan, Viktoriya Dayneko kimi məşhurlar da var.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 657 Tarix: 05 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?
"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurt
14:14 137 Məktəbli forması ilə bağlı SƏS YAZISI yayıldı: Təhsil İdarəsi açıqlama verdi
"Müəllimlər, bunu valideynlərə bildirin, hamı məktəbli formasını Tamirin mağazasından alsın! Aldığınız geyimlər haqqında mənə məlumat verin, çünki məndən də hesabat tələb olunur". Xəzər TV-yə istinadən xəbər verir ki, bu səs yazısının Göyçay rayonunun Çərəkə kənd 2 saylı tam orta məktəbin direkto
10:57 185 TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı - Açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gündən bəri sosial şəbəkədə gündəm yaradan uşaq xəstəxanasındakı fotolarla bağlı açıqlama verib. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. "Sosial şəbəkələrd
12:15 209 Tövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
10:10 181 Kürdəxanıda tikinti materialları yandı - Yenilənib
Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır. "Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətind
20.08.2026 318 Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib. "Bakupost"a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib
12:44 316 Böyük Britaniya iqtisadiyyatında sabitləşmə əlamətləri: istehlakçı inamı artır
Böyük Britaniya iqtisadiyyatında son göstəricilər müəyyən sabitləşmə əlamətlərinin yarandığını göstərir. Xüsusilə xidmət sektorunda aktivliyin artması və istehlakçı inamının yüksəlməsi iqtisadi perspektivlərlə bağlı nikbinliyi gücləndirib. Araşdırmaya əsasən, avqust ayında britaniyalı istehlakçıları
14:39 116 Müəllimlərin maaşı şagirdlərin nəticəsinə görə müəyyənləşəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Müəllimlərin əməkhaqqının şagirdlərin təlim nəticələri ilə əlaqələndirilməsi təklifi təhsil ictimaiyyətində yeni müzakirələrə səbəb olub. Təklifə əsasən, müəllimin maaşının müəyyən hissəsinin şagirdlərin akademik göstəricilərindən asılı olması nəzərdən keçirilə bilər. Dünyanın bəzi ölkələrində müəllimləri
10:58 157 Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır
İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq. xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsai
20.08.2026 277