Ukrayna KİV-i Azərbaycanın azad etdiyi ərazilərinin bərpasını işıqlandırıb: "Bizimçün təcrübədir"
Azərbaycanın işğaldan azad etdiyi ərazilərini bərpa etməsi Ukrayna üçün təcrübədir.
"Report" xəbər verir ki, bu fikir Ukraynanın "5 kanal"nın hazırladığı süjetin ana xəttini təşkil edib.
Qeyd edilir ki, Qarabağ müharibəsinin başa çatmasından iki il keçir. 44 gün davam edən döyüşlərdə hər iki tərəfdən 8 mindən çox hərbçi həlak olub. Azərbaycan 30 ilə yaxındır ki, gözlədiyi qələbəni bayram edib: "Azərbaycanlılar tarixi ədaləti necə bərpa edə bildilər və Ukrayna bundan hansı təcrübə əldə edə bilər? Qarabağın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə və tikinti işləri davam edir.
Artıq iki ildir ki, Azərbaycan geri qaytardığı Qarabağı bərpa edir. Bu yer nəhəng tikinti meydanına çevrilib. Yollar çəkilir, asfalt salınır, köhnə məscidlər bərpa olunur, körpülər inşa edilir. İki il əvvəl bu yerdə buldozerlər işləyirdi və ərazini uçuş-enmə zolaqları üçün təmizləyirdilər. İndi burada hava limanı var.
Bakı geri qaytarılan əraziləri qanlı keçmişin abidəsinə çevirmir, burada gələcəyi yaradır. İşğaldan azad edilmiş ərazilərdə əsl tikinti bumu var. Ancaq tikintiyə başlamaq üçün bu ərazini təmizləmək lazım idi və bu minalarla və partlamamış mərmilərlə dolu minlərlə hektar ərazidir".
Süjetdə qeyd olunur ki, təkcə Ağdam rayonunda 68 min hektardan çox ərazi azad edilib. Onlardan bu günə qədər təxminən 17 min hektar ərazi minalardan təmizlənib:
"Yəni ikiillik gündəlik iş prosesində istehkamçılar Ağdam rayonunun yalnız dörddə birini minalardan təmizləyə biliblər. Bu prosesdə təkcə dövlət təşkilatları deyil, özəl qurumlar da iştirak edir.
İtlər və avadanlıqlardan istifadə olunur. Azərbaycanlılar sadəcə olaraq yüzlərlə hektar "ölümcül" torpaqları şumlayırlar.
"Kabus şəhəri" və ya "Qafqazın Xirosiması" - azərbaycanlılar 27 illik işğal başa çatdıqdan sonra Ağdam şəhərini belə adlandırırlar. Qarabağ müharibəsi zamanı Ağdam Azərbaycan qoşunlarının forpostlarından biri olub. Şiddətli döyüşlərdən sonra şəhər "Qrad" raketləri tərəfindən mühasirəyə alınaraq dağıdıldı".
Qeyd edilir ki, indi Rusiya da Ukraynada eyni taktikadan istifadə edir: "Əgər şəhəri ala bilmirsə, sadəcə ağır mərmilərlə onu yer üzündən silir.
İşğal olunmuş ərazilər qaytarıldıqdan sonra azərbaycanlılar kütləvi məzarlıqları aşkarlamağa başlayıblar.
Füzuli şəhəri də Ağdam kimi xarabalıqdadır. Lakin bu şəhər bombalanmadı, sadəcə binalar söküldü. Ukrayna da eyni qarətlə üzləşdi, Rusiya hərbçiləri dinc ukraynalıların evlərindən hətta tualet çanaqlarını oğurladılar.
İndi uzun illər işğaldan sonra burada həyatı bərpa etmək üçün titanik səylər göstərilməlidir. Bəzən qayaların arasından bir yol kəsmək, əhatə dairəsində gördüyünüz cığır etməkdən daha asandır. Biz ukraynalılar isə bunu öz təcrübəmizdən başa düşürük".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 816 Tarix: 05 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 Belarus ərzaq məhsullarının ixracını 20 milyard dollara qədər artıra bilər
Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır. "Report" BELTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə d
07.11.2026 185 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 86 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175