Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar.
Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib.
Dövlətimizin başçısı deyib ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.
Prezident İlham Əliyev vurğulayıb ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.
Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 06 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBaşqasına düzəltdiyi məzardaşı ölümünə səbəb oldu
Qaradağ rayonunda 57 yaşlı kişi faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə mayın 8-də rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən mərmər sexində baş verib. Sexdə qaldırıcı qurğuda olan mərmər məzardaşı qırılaraq orada usta işləyən Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayevi
18:50 199 Yeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır. Məsələ ilə bağlı "Bak
18:07 280 Peskov: Ukrayna ilə sülh danışıqları uzun və mürəkkəb prosesdir
Rusiyanın Ukrayna ilə sülh yolu ilə tənzimləmə məsələləri üzrə danışıqları uzun və mürəkkəb prosesdir. "Report" "İnterfaks"a istinadən xəbər verdiyinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Onun sözlərinə görə, ABŞ bu prosesi sürətləndirməyə çalışır
15:40 141 Prezident və birinci xanım Cəbrayıla səfər etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı
14:33 222 Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib. -ın əldə etdiyi məlumata görə, rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb. Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir. Məlumata görə
17:01 200 Rusiya Ukraynada istifadə edilən ən müasir hərbi texnologiyanı təbliğ edir
Bu ilki Qələbə Günü paradının izləyicilərinə hərbi texnikanın real nümayişləri əvəzinə, yeni döyüş meydanı texnologiyasının yeddi dəqiqəlik toplu videosu nümayiş etdirildi. BİG.AZ The Telegraph-a istinadən xəbər verir ki, mühacirətdə olan media orqanı olan Agentstvo, videoda göstərilən texnologiyanı
13:42 170 Florian Filippo Fransada Prezident seçkilərində iştirak etmək niyyətindədir
Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. "Report" xəbər verir ki, o bu barədə "France 2" telekanalının efirində bəyan edib. "Mən prezident seçkilərində namizədə
19:10 139 Denver hava limanında təyyarə adam vurub
"Frontier Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında bir şəxsi vurub, bu səbəbdən ekipaj uçuşu təxirə salmaq məcburiyyətində qalıb. -ın CNN-ə istinadən xəbərinə görə, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib. Hadisənin ardınc
20:00 136 SON DƏQİQƏ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
Şəki-Oğuz sərhədində zəlzələ olub. Bu barədə BİG.AZ-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, yeraltı təkanın maqnitudası 3.5, dərinliyi isə 35 km olub
14:58 252