"Kişi gəzib gələndə, qadın onunla mehriban olmalıdır"
"Qadın vicdanlı olmalıdır. Mən sabah Allahıma nə cavab verəcəyəm? Deyəcəyəm ki, mənim yoldaşım gəzdi, mən ondan qabaq gəzdim? Yoxdur belə dünya. Bu, qadına yaraşmır. Qadının öz ailəsindən başqa kimləsə "salam, sağ ol"u belə düz deyil. Namus insanın özünə məxsusdur. Olmaz ki, qadın özünü şərəfli aparsın? Demək ki, sən ondan betər imişsən".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Düzünə qalsa" verilişində deyib. Kişi-qadın münasibətlərindən danışan müğənni xəyanətdən söz açıb:
"Qadın o qədər səmimi, mehriban olacaq ki, kişi xəyanət etməyəcək. Kişi bir neçə dəfə getdi, gəzdi gəldi, evə gələndə qadın o qədər mehriban olacaq ki, kişi evə bağlanacaq. Dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz. Qadın kişi ilə oturub danışmalıdır. Həyat yoldaşım Elxana dedim ki, mən möhkəm qadınam, hamını çox istəyirəm, amma özümü lap çox. Kimisə sayan deyiləm. İstəyir milyonu olsun, xeyri yoxdur o kişinin. Onu başa saldım ki, gedərsən gəzərsən, amma onu bil, sənin 2 övladın var. Qızımıza mən tərbiyə verə bilərəm bu heç. Amma sənin edə biləcəyin pis əməl yolumuza çıxar. Deyir, döymə taxta qapımı, döyməyim dəmir qapını. Evinə gələcək xanım Azərbaycanın ən əxlaqsız xanımı olacaq. Həyat bumeranqdır, nə atacaqsan, o da sənə qayıdacaq. Xahişim odur ki, özünü düz apar. Sən yoxsan deyə, mən yaşamaram fikri yoxdur. Niyə yaşamaram, elə yaşayaram ki? Mən dözümlü xanımam. Valideyn elə hərəkət etməlidir ki, etdiyi pis əməllər övladının yoluna çıxmasın. Bu həyatın elə şillələri var ki...".
Elnarə dağılan ailələrdən söz açaraq "Qadın ailəsinə sadiq olmalıdır ki, dağılmasın. Aza da, çoxa da dözəcək. Birdən-birə milyonçu ola bilmərsiniz. Əziyyət çəkin, əl-ələ verin. Ailəni qoruyan da, saxlayan da, bütov bir dövlətə çevirən də qadındır. Kişi ailə saxlamır" deyə, əlavə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCorcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə
03.11.2026 777 Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."
Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb
03.11.2026 626 "Sevgilim 3 il məni aldatdı"
Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund
07.11.2026 210 Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25.10.2026 1031 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 507 79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
01.11.2026 482 "Sevgi təkbaşına kifayət etmir"
Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi
28.10.2026 827 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 175 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 512