Bakıya qar yağacaq - Nazirlikdən əhaliyə VACİB XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
BiG.AZ xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, bu zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1607 Tarix: 07 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNaxçıvanda 41° isti olacaq
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək. "Qafqazinfor" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Bildirib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşero
14:18 114 "Maşın şou" üçün geri sayım başladı - Xəzər TV-dən açıqlama
Xəzər TV-nin efirində yayımlanan və uzun illərdir tamaşaçıların böyük marağına səbəb olan "Maşın şou"nun yeni mövsümünün nə vaxt başlayacağı ilə bağlı gözləntilər artır. Telekanal bir müddət əvvəl "Maşın şou"nun yeni buraxılışının tezliklə yayımlanacağı ilə bağlı anons təqdim edib
20.08.2026 433 "Bu fakt qürur hissi doğurur"
"Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur". "Qafqazinfo" xəbər verir ki
14:45 103 Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, Azərbaycan-Özbəkistan münasibətləri son illər dinamik şəkildə inkişaf edib və ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistan
14:11 144 34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı
1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyab
20.08.2026 359 Tövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
10:10 176 BMT-dən Ukrayna münaqişəsi ilə bağlı xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ukrayna münaqişəsinin gərginləşməsindən və Rusiya da daxil olmaqla mülki şəxslərə və infrastruktura hücumlardan narahatlığını ifadə edib. xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "RİA Novosti"yə açıqlamasınd
10:38 122 Kəlbəcərə dolu düşüb
Avqustun 20-si günün ikinci yarısından bəzi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Şahdağda 18, Gədəbəydə 17, Daşkəsəndə 15, Qusarda 10, İsmayıllıda 6, Göygöld
11:59 145 Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır
İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq. xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsai
20.08.2026 275