"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTO
Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül dəhşətli zəlzələ ilə bağlı paylaşım edib.
BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsnin "Hekayələr" bölümündə insanlara başsağlığı verərək, əsgərlərin fədakarlığı barədə yazıb və onları yardıma səsləyib.
Kırmızıgül 1939-cu ildə baş verən güclü Ərzincan zəlzələsini xatırladaraq bu sözləri yazıb:
"Bu ölkənin ən böyük fəlakətlərindən olan Ərzincan zəlzələsində əsgərlər insanlara yardım etməsəydi, o buz kimi havada heç kim xilas olmazdı. Ölkəmiz hər çətinliyə düşdükdə əsgərlər köməyə gəldi. Dağıntılar altında qalan on minlərlə cana əsgərlər yardım edə bilərlər. Əsgərlər cəlb olunsun!"



Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı həlak olanların sayı 3 419 nəfərə, yaralananların sayı isə 20 426 nəfərə çatıb. 10 şəhərdə hiss olunan zəlzələ nəticəsində 6 217 bina dağılıb.
Ərzincan zəlzələsi
27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində baş verib və tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam edərək Ərzincanı darmadağın edib.
Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunub. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb olub. Nəticədə, təqribən, 17 min bina dağılıb, 100 min insan yaralanıb, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olub. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı.
Ümumiyyətlə, Ərzincan son min ildə təbii fəlakətlərin təsirindən 11 dəfə darmadağın olub.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAfət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR
"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar
17.09.2021 2305 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043