Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstərişFevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək.

Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdı.

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1162   Tarix: 07 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

BMT-dən Ukrayna münaqişəsi ilə bağlı xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ukrayna münaqişəsinin gərginləşməsindən və Rusiya da daxil olmaqla mülki şəxslərə və infrastruktura hücumlardan narahatlığını ifadə edib. xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "RİA Novosti"yə açıqlamasınd

10:38 121
.

"Bu, son beş ildə yeddinci səfərimdir"

"Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyin

14:23 80
.

Sabah 40° isti olacaq

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27 isti, gündüz 30-3

12:43 150
.

Rusiya başladığı müharibəni uduzur

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə məğlub olduğunu bildirib. xəbər verir ki, fon der Leyen bu barədə açıqlamasında deyib. "Rusiya özünün başladığı müharibəni uduzur. Buna cavab olaraq isə dinc əhaliyə və mülki infrastruktura zərbələ

20.08.2026 299
.

Yumurtanın qabığındakı bu əlamətlər nə deməkdir?

"Uzun müddətdir qidaların süni üsullarla hazırlanması ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. Bu videolarda xüsusilə Çində "süni yumurta" istehsal edildiyi iddia olunur. Lakin internetdə yayılan görüntülərin laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurt

14:14 88
.

İsmayıllıda toyda 24 nəfər zəhərləndi

İsmayıllıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. İlkin araşdırm

12:14 155
.

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyab

20.08.2026 352
.

"Bu fakt qürur hissi doğurur"​

"Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur"​. "Qafqazinfo" xəbər verir ki

14:45 7
.

Ermənistanda kilsə rəhbəri Paşinyana qarşı çıxdığı üçün vəzifəsindən azad edildi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası Erməni Apostol Kilsəsinin rəhbəri II Karekinin (dünyəvi adı Ktrij Nersisyan) vəzifədən azad edilməsini inkişaf planına daxil edib. xəbər verir ki, müvafiq layihə ölkənin vahid elektron hökumət portalında dərc olunub. I

10:58 131
.