Səbinə Kətanova video yaydı - "Piyada pul istəyirdi"
Avtomobillə piyadanı vurub qaçmaqda ittiham edilən bloqer Səbinə Kətanova hadisənin görüntülərini paylaşıb.
"Qafqazinfo"ya açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.
Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.
S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: "Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, "siz neynirsiz belə?", o da qayıtdı ki, "siz məni vurdunuz". Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz".
Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: "Həmin adama dedim, "məni tanıyırsınız"? Dedi, "hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız". Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri..."
S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: "2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir".
Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1399 Tarix: 08 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
07.11.2026 175 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 136 "Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
07.11.2026 174 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 181 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 Almaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
07.11.2026 124