"Tikinti normalarına riayət etmək hər kəsin borcudur"
"Ümumiyyətlə dünyanın istənilən ölkəsində demək olar ki, binaların tikintisi müvafiq standartlara uyğun olaraq qəbul edilməlidir. Və qəbul edildikdən sonra rəsmi qurumlar, eyni zamanda həmin binanı tikən şəxslər, şirkətlər məsuliyyət daşıyır. Tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı Azərbaycanda kifayyət qədər qanunlar var. Mülkiyyətdən istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti-quraşdırma işləri aparmaq cinayət hesab olunur. Bundan başqa, xüsusilə özbaşına tikinti işləri aparmaq və müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan tikinti işləri aparmaq məsuliyyətə səbəb olur".
Bunu BiG.AZ-a açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.
Hüquqşünas bildirib ki, tikinti işlərinin aparılması ilə bağlı mütləq şəkildə şəhərsalma qaydaları, təhükəsizlik qaydalarının qorunması lazımdır:
"Tikinti işlərinin aparılması zamanı təhükəsizlik qaydalarının pozulmasında tikintinin planlaşdırılması, rəhbərlik edilməsi, tikinti obyektlərinin sökülməsi, yenidən qurulması zamanı, eləcə də mədən işlərində təhlükəsizlik qaydalarının pozulması ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, iki və daha çox adamın ölümünə səbəb olduqda cinayət məsuliyyəti yaradır. Eyni zamanda müvafiq icazə almadan mühafizə zonasında tikinti-quraşdırma işləri aparmaq cinayət məsuliyyəti yaradır.
Tikinti işlərinin aparılması ilə bağlı mütləq şəkildə şəhərsalma qaydaları, təhükəsizlik qaydalarının qorunması lazımdır. Buna məsul olan qurumlar var, onlardan icazə almaq lazımdır. Bunu düzgün həyata keçirmək lazımdır ki, gələcəkdə bu kimi hallar və problemlər baş verməsin. Vəzifəli şəxslər də əgər bu kontekstdə öz vəzifə səlahiyyətləri ilə bağlı üzərinə düşəni etmədikdə burada onlar da vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, eyni zamanda səhlənkarlıq cinayətinin subyekti ola bilərlər.
Qanunvericiliklə müəyyən olunmuş qaydada qanunvericilik qaydalarını pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması məsuliyyətə səbəb olur. Burada həm vətəndaşların, həm şirkətlərin və şirkətlərin vəzifəli şəxslərinin, dövlət qurumlarının vəzifəli şıxslərinin məsuliyyəti ehtimalı var. Tikinti normalarına riayət etmək təbii ki, hər kəsin borcudur".
Qeyd edək ki, fevralın 6-sında Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində dağılan binaların keyfiyyətsiz olması və zəlzələ kimi təbiət hadisələrinə davamlı olmaması fikirləri səsləndirilir. Bu, zəlzələ zamanı dağıntıların çox olmasının başlıca səbəblərindən biri kimi göstərilir.
Son statistik məlumata görə, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 8 mini ötüb, 49 min 133 nəfər yaralı var və 6444 bina dağılıb.
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 827 Tarix: 08 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 88 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 100 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 117 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159