"Azərbaycan Çernobıl Əlilləri İttifaqı"nın sədri: "Türkiyənin yanındayıq..."
Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı zərərçəkənlərə kömək məqsədilə daha bir təşkilat yardım üçün müraciət ünvanlayıb.
"Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı" sədri Mirhəsən Həsənov bildirib ki, qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə bu gün Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş ölkəyə humanitar yardım göndərilir:
"Bu kampaniyaya Azərbaycanda vəzifəli şəxslərdən tutmuş, sıravi vətəndaşları da qoşulub. Artıq Azərbaycanda başladılan yardım kampaniyasında izdiham yaşanır. Bu gün sədri olduğum təşkilatın 6000 mindən çox üzvü var. Onların hər biri Türkiyədə baş verən dəhşətli təbii fəlakətə üzülür, qardaş Türkiyə xalqının yanında olduğunu ifadə edir.
Biz də "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" olaraq hadisədən zərərçəkən qardaş və bacılarımızın yanındayıq, onlara lazımi dəstəyimizi əsirgəməyəcəyik. Hər birimiz faciənin nəticələri aradan qaldırılana kimi öz dəstəyimizi göstərəcəyik".
Sonda ittifaq sədri təşkilatın bütün üzvlərini bu işdə daha fəal olmağa çağırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 547 Tarix: 08 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib. "Bakupost"a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib
12:44 170 Ermənistanda kilsə rəhbəri Paşinyana qarşı çıxdığı üçün vəzifəsindən azad edildi
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası Erməni Apostol Kilsəsinin rəhbəri II Karekinin (dünyəvi adı Ktrij Nersisyan) vəzifədən azad edilməsini inkişaf planına daxil edib. xəbər verir ki, müvafiq layihə ölkənin vahid elektron hökumət portalında dərc olunub. I
10:58 122 Valideynlər uşaqlarını "ChatGPT"dən izləyə biləcəklər
OpenAI 18 yaşdan kiçik istifadəçilər üçün ChatGPT-nin yeniyetmə rejimini təqdim edib. Yeni sistemdə daha sərt təhlükəsizlik məhdudiyyətləri, valideyn nəzarəti və müəyyən saatlarda ChatGPT-dən istifadəni tam dayandırmaq imkanı var. xəbər verir ki, "ChatGPT for Teens" 13-17 yaşlı istifadəçilə
20.08.2026 247 46 dərəcə istiyə qarşı qeyri-adi üsul - Küçələrə kondisioner quraşdırılır
Yay aylarında havanın temperaturunun 46 dərəcəyə çatdığı Qətərdə dözülməz istilərlə mübarizə üçün qeyri-adi texnologiyalardan istifadə olunur. Ölkədə sərinləşdirilən səkilər, açıq havada işləyən kondisionerlər və günəş şüalarını əks etdirən xüsusi asfalt örtükləri tətbiq edilir. xarici mediaya istinadə
20.08.2026 282 Hollivud ulduzu: "Sevgilimi ölümündən dörd il əvvəl itirmişdim"
Amerikalı aktrisa Sandra Bullok uzun müddət həyat yoldaşı kimi birlikdə yaşadığı fotoqraf Brayan Rendallın ağır xəstəliyi və ölümündən sonra keçirdiyi sarsıntıdan danışıb. xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı aktrisa "SmartLess" podkastında Rendallın üç il ərzində amiotrofik latera
20.08.2026 268 ABŞ İrana qarşı "tarixin ən sərt sanksiyalarını" tətbiq edəcəyini bildirib
ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı "tarixin ən sərt sanksiyalarını" tətbiq edəcək və bu addımın yeni böyük hərbi əməliyyatlara ehtiyacı azaldacağını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Bessentin cümə axşamı verdiyi şərhlər
09:00 143 CNN-in Azərbaycanla bağlı yazısı ABŞ məhkəməsində mübahisələndirilir
"Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN media şirkətinə qarşı iddia qaldırıb". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, iddiaya səbəb CNN-də Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməs
11:42 134 Müəllimlərin maaşı şagirdlərin nəticəsinə görə müəyyənləşəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Müəllimlərin əməkhaqqının şagirdlərin təlim nəticələri ilə əlaqələndirilməsi təklifi təhsil ictimaiyyətində yeni müzakirələrə səbəb olub. Təklifə əsasən, müəllimin maaşının müəyyən hissəsinin şagirdlərin akademik göstəricilərindən asılı olması nəzərdən keçirilə bilər. Dünyanın bəzi ölkələrində müəllimləri
10:58 138 "Salam" və "bəli" deyil - telefon zənginə necə cavab vermək olar
Telefon zənginə necə cavab verməyiniz qarşınızdakı insanda sizin haqqınızda müəyyən təəssürat yarada bilər. Xüsusilə işgüzar danışıq zamanı söhbətə hansı sözlə başlamaq ünsiyyətin tonuna təsir edir. xarici mediaya istinadla xəbər verir ki, gündəlik həyatda insanların əksəriyyəti telefon zənginə avtomati
20.08.2026 352