"Binalar dağılıbsa demək ki, zəlzələyə davamlı olmayıb"

"Binalar dağılıbsa demək ki, zəlzələyə davamlı olmayıb""Binalar dağılıbsa demək ki, zəlzələyə davamlı olmayıb. Bir səbəb də budur. İkinci səbəb o ola bilər ki, zəlzələ nəzərdə tutulan müddət də, yəni amplitudası böyük olub. Yəni müddəti böyük olub".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Türkiyənin 10 şəhərində baş verən güclü zəlzələ nəticəsində dağılan binalarla bağlı danışarkən deyib.

Bakıda 2000-ci ildə zəlzələ baş verəndə səhv etmirəmsə 40 saniyəyə yaxın davam etdi. Amma bu, 1 dəqiqədən çox yaxud 2 dəqiqə olubsa təbii ki, çox ev uça bilər. Yəni bu, müddətdən asılıdır. Üçüncüsü isə amplitudadan, yəni zəlzələ hansı sürətlə, hansı tezliklə baş verib. Yəni buna tezlik necə təsir edir.

Bununla yanaşı bir çox faktorlar təsir edir, amma ən böyük faktor təbii ki, binaların dayanıqlılığıdır. Əsas odur ki, binalar mövcud beynəlxalq tikinti norma və standartlara cavab verir ya yox. Yəgin ki, orada müəyyən kənarlaşmalar olub. Ona görə də o qədər dağıntı və uçqun olub.

Bizdə bunu Fövqəladə Hallar Nazirliyi daha yaxşı bilir. Çünki binaları onlar istismara qəbul edirlər. Sovet dövründən qalan binalar, yəni 2000-ci ilə qədər tikilən binalar 2000-ci ildə baş verən zəlzələdən üzü ağ çıxdılar. Yəni dayanıqlı oldular. Güman edirəm ki, bizdə müstəqillik dövründə tikilən evlər, xüsusilə də son 12-13 ildə tikilən binalar standartlara cavab verir. Çünki bunların hamısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən istismara qəbul olunanda dayanıqlılığı yoxlanılır. Həm onların tikinti materialları, həm zəlzələyə dayanıqlılığı və. Amma bu o demək deyil ki, zəlzələ olanda bu evlər uçmur. Yəni dediyim faktorlandan çox şey asılıdır. Amplitudanın radiusundan, uzunluğundan və tezliyindən bir də ki o müddətdən asılıdır. Yəni bir şeyi 1 saat əsdirsən təbii ki, sınacaq. Biri var ki, yarım dəqiqə, biri də var, 2-3 dəqiqə əsdirəsən. Müddətdən də çox şey asılıdır".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1293   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.