"İranın Ermənistanla birlikdə Azərbaycana qarşı hərbi hücum təşkil etmək niyyəti real ola bilər"

"İranın Ermənistanla birlikdə Azərbaycana qarşı hərbi hücum təşkil etmək niyyəti real ola bilər"İran və Ermənistanın birlikdə Azərbaycana qarşı hərbi hücuma hazırlaşması barədə məlumat yayılıb. Sözügedən xəbəri Haqqın.az saytı yazıb. Bildirilb ki, yeni təxribatın hazırlanmasında və reallaşmasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək. İddiaya görə, təxribat qrupu hücumu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində etməyi planlaşdırır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Məmmədov BiG.AZ-a açıqlamasında bildirib ki, İran və Ermənistandan hər cür radikal addım gözləmək mümkündür və buna görə də bu informasiya tamamilə doğru ola bilər:

"İranın Ermənistanla birlikdə Azərbaycana qarşı hərbi hücum təşkil etmək niyyəti real ola bilər. Çünki bu, ilk belə hadisə deyil. 2022-ci il 13 sentyabr tarixində də Ermənistan Azərbayacana qarşı hərbi təxribat edən zaman İranın xüsusi təyinatlı SEPAH üzvlərinin bu prosesdə iştirak etdiyi ilə bağlı hələ o zaman məlumatlar yayılmışdı.

Bundan əlavə 44 günlük müharibədə də İran hərbçilərinin ermənilərlə birgə hərəkət etməsinə şahidlik etdik. Eyni zamanda təkcə birbaşa hərbi əməliyyatlarda deyil, dolayısı ilə Azərbaycana qarşı hərbi kəşfiyyat əməliyyatlarında da İranın Ermənistanla əməkdaşlıq etdiyini bilirik. Ona görə də hazırda realdır ki, Ermənistanla birlikdə məhz Laşın və Qubadlı istiqamətində SEPAH-ın xüsusi dəstəsi ilə təşkil olunmuş hücum əməliyyatı reallaşdırılsın. Bu informasiya tamamilə doğru ola bilər.

Düşünürəm ki, burada İranın öz məqsədləri var. Bu və digər formada İran Azərbaycanın yaratdığı reallığı qəbul etmir. Ən müxtəlif formalarla buna qarşı çıxır. Eləcə də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı da bunun ən bariz təsdiqlərindən biridir. İkinci şüphələri daha da dərinləşdirən məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan mətbuatında bununla bağlı informasiyalar yayılar-yayılmaz güc olaraq Ermənistanın müdafiə nazirliyi həyəcanlı şəkildə bəyanat yaydı ki, bu, tamamilə yalandır. Bundan sonra Ermənistanın digər rəsmiləri də bu xəbərin yalan olması ilə bağlı fikirlər bildirdilər. Yəni dərhal reaksiya verdilər. Bu da mümkün birgə əməliyyatla bağlı hansısa proseslərin cərəyan etdiyinin göstəricisi hesab edilə bilər. Ona görə də əlbəttə, biz bilirik ki, regionda İran-Ermənistan tandemi var, bunu da dünyada artıq hər kəs bilir, Azərbaycan xalqı da, İranda yaşayan soydaşlarımız da. Biz də bilir ki, İran-Ermənistan tandemi Azərbaycana qarşıdır. Buna görə də İrandan və Ermənistandan hər cür radikal addım gözləmək mümkündür".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2806   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.