"İran da, Ermənistan da bu addımları atanda iki dəfə düşünməlidir"

"İran da, Ermənistan da bu addımları atanda iki dəfə düşünməlidir""Ermənistan Azərbayacan qarşı açıq şəkildə fəaliyyət göstərir. İran da onu hər zaman gizli dəstəkləyir. İkinci Qarabağ müharibəsindən sonra İran bu təxribatları təəssüflər olsun ki, açıq şəkildə həyata keçirir. Azərbaycan bütün gücü ilə bu təxribatların qarşısını alır və bundan sonra da istənilən təxribatın qarşısı alınacaq. Azərbaycanın həm silahlı qüvvələri, həm də təhlükəsizlik orqanları çox güclüdür, ayıq-sayıqdır. Regionda və dünyada gedən proseslər izlənilir, təhlil olunur və lazımi addımlar atılır".

Bu fikirləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Emin Həsənli İran və Ermənistanın birlikdə Azərbaycana qarşı hərbi hücuma hazırlaşması barədə yayılan xəbəri şərh edərkən deyib.

"Əgər Ermənistan yenə hər hansı oyunlara gəlib bu təxribatları davam etdirəcəksə bu dəfə vəziyyəti daha ağır olacaq və daha ağır cəzalar alacaq. İran isə hansısa açıq təxribatı, müharibə cəhdləri törədəcəksə fars rejimi özü birdəfəlik tarixin arxivinə gedəcək. Orada yaşayan 30 milyondan artıq azərbaycanlı və İranda yaşayanların böyük hissəsi rejimdən narazıdır. Siyasi, iqtisadi. mədəniyyət, təhsil sahəsində, insan haqları sahəsində və bir çox sahələrdə kifayyət qədər problemlər var. Ona görə də hesab edirəm ki, İran da, Ermənistan da bu addımları atanda iki dəfə düşünməlidir. Yox, əgər düşünməyəcəklərsə, zərəri birinci növbədə özləri üçün edəcəklər.

Azərbaycan dövləti çalışır ki, regionda sabitlik qorunsun və normal münasibətlər olsun. 30 ildir ki, bu müharibənin sülh yolu ilə aparılması üçün də Azərbaycan xeyli səbr etdi və sonunda öz torpaqlarını işğaldan azad etdi. Bütün tarixi proseslər də onu göstərir ki, İran rejiminin sonu yoxdur, Ermənistanın isə bir dövlət kimi mövcudluğu sual altındadır. Ermənistan layihə dövlətdir. Son dövrlər də fars rejimi və Fransa onu daha çox dəstəkləyir.

İran və Ermənistanın təxribat qrupunun Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində hücum planlaşdırması faktını nə təsdiq etmək olur, nə də ki inkar. Azərbaycan dövlətinin yetərli hazırlıqları var. Yeni ərazilərdə ilk iş infrastruktur və yeni hərbi hissələrin tikilməsi, komando birliklərinin yaradılması oldu. Azərbaycan dövləti bunun üçün lazımi işlərin hamısını görüb və davamlı olaraq da bu işləri aparır" - deyə ekspert bildirib.

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1905   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.