"Yardımını səriştəsiz, səliqəsiz və hətta faydasız belə edənləri anlamaq çətin deyil"
Uzun müddət ABŞ-da yaşayan, 6 il sonra vətəninə qayıdaraq Bakıda möhtəşəm konsert verən azərbaycanlı reper Orxan Zeynallı növbəti paylaşımı ilə diqqət çəkib.
BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsində Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı paylaşım edib.
Orxan qardaş ölkə ilə bağlı hisslərini belə ifadə edib:
"Bu fəlakətin məhz Türkiyədə baş verməsi bizi çox incidir. Məsələ təkcə siyasi, iqtisadi qardaşlıqda, "bir millər iki dövlət" kimi deyimlərdə deyil. Bizim, demək olar ki, hamımızın həyatının bir hissəsində Türkiyə ilə bağlı xatirələr var. On minlərlə lisey məzunu, türk futbolu ilə nəfəs alan milyonlar, serial izləyiciləri, müğənnilər, Saqopalar, Cəzalar, Antalya istirahətləri, UEFA kuboku, 2002-ci ilin iyun ayı və daha nələr, nələr...
Hər birimizin evində bu və ya digər formada o dil eşidilib, filmlər izlənilib. Bu doğmalıq, bağlılıq dünyada çox nadirdir. Ona görə də xalq olaraq ayağa qalxmağımız, bu izdiham başa düşüləndir. Yardımını səriştəsiz, səliqəsiz və hətta faydasız belə edənləri anlamaq çətin deyil. Hər kəs bu ağrıya necəsə toxunmaq istəyir.
İnanmaq istəyirəm ki, təbiətin bu zərbəsi Türkiyəni məğlub etməyəcək və səhvlərdən dərs çıxarılacaq.
Həyatını itirənlərə Allah rəhmət eləsin. Xilas olanların normal həyata gec-tez qayıda bilməsi ümidilə!"
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda fevralın 6-da, səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələdən Kahramanmaraş, Hatay, Qaziantep və Diyarbəkir də daxil olmaqla 10 vilayət zərər çəkib. Həmin ərazilərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub. Hadisədən dərhal sonra Türkiyənin 81 vilayətindən axtarış-xilasetmə qrupları təbii fəlakət bölgələrinə göndərilib. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb, 74 242 nəfər yaralanıb.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKoronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870 Serenaya görə Umutu sildi
Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is
17.09.2021 2293 Fahriye Karan üçün 15 dayə dəyişdi
Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"
16.09.2021 2609 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Sənubər İsgəndərlidən XOŞ XƏBƏR
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü
17.09.2021 4207 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961