İki dəfə ölümdən dönən azərbaycanlı tələbə - "Gözümün önündə bina ana və körpəsinin üstünə gəldi"

İki dəfə ölümdən dönən azərbaycanlı tələbə - "Gözümün önündə bina ana və körpəsinin üstünə gəldi""Baxdım ki, qarşıdakı bina üstümə gəlir. O an ayaqlarım kilidləndi və yerə oturdum. Hərəkət edə bilmədim. Son saniyədə qonşumuz məni oradan çıxardı. Yoxsa, mən də həyatda yox idim. Ölümlə burun-buruna gəlib geri önmək hər halda bu olsa gərək..."

Bu sözləri Bizim.Media-ya açıqlamasında ard-arda iki zəlzələdən son anda qurtulan Malatya Turgut Özal Üniversitetinin magistr tələbəsi Aytəkin Bəbirova deyib. Azərbaycanlı tələbə iki gün əvvəl Aərbaycanın Malatyadakı səfirliyinin xətti ilə vətənə təxliyə edilib. O, dəhşətli anları belə xatırlayır:

"Malatyada 4 mərtəbəli binanın sonuncu mərtəbəsində Adıyamandan olan türk rəfiqəmlə birgə yaşayırdım. Qaldığımız yer zəlzələnin ən çox zərər gördüyü mərkəz ərazilərdən biridir. Hadisə günü yatmışdım, rəfiqəm məni oyatdı. Baxdım ki, evin bütün əşyaları yerdədir.
Məni də küçəyə elə rəfiqəm çıxardı. Azərbaycanda heç vaxt zəlzələ şahidi olmamışdım. Qorxu, panika və şok keçirmişdim, beynim işləmirdi. Ev çəkələyi ilə həyətə düşmüşdüm. Qar yağırdı, şaxta və soyuqdan ayaqlarım donmuşdu.

Günorta 4-ə qədər taksi dayanacqlarında qaldıq. Kafelər qapılarını açdı ki, ən azından insanlar orada sığına bilsinlər. İlk etapda xeyli bina yerləbir oldu. O dəhşətli səhnəni ifadə etmək çətindir".

Aytəkin Bəbirovanın sözlərinə görə ikinci təkanda qonşunun müdaxiləsi ilə son anda ölümdən dönüb:

"Ayaqlarımı hiss etmirdim. Evə qalxdıq ki, əynimi dəyişim. O an ikinci böyük zəlzələyə rast gəldik. Qonşumuz və rəfiqəm məni çölə çıxardı...Yan binamız uçdu. İnsanların bağırtı səsləri, dağıntı altında qalan canlar, o vahimə gözümün önündən getmir.
O dəhşətləri danışdıqca, qanım donur. İnsan ölmür, amma ruhən ölür. Hara addım atırsan binalar uçur. Sanki həyatda qalmaq üçün mücadilə edilən qorxu filmi idi. Gördüyüm o gözəl şəhərdən əsər-əlamət qalmadı. Tanıdığım bir dostumun ailəsinin 25 üzvü binanın çökməsi ilə dağıntıların altında qaldı və hamısı dünyasını dəyişdi.

Başqa bir tanışımın iki ailəsi tamamilə yox oldu. Gözümün önündə bina ana və körpəsinin üstünə gəldi. Dağılmış binalar o qədər çoxdur ki, xilasetmə qrupları axtarış işlərini tam çatdırıb apara bilmirlər.

Öz binamızın aqibəti nə oldu, bilmirəm. Çünki sonradan əraziyə buraxılmadıq. Qalmağa yerimiz yox idi. Malatyadan xeyli kənarda qarlı, şaxtalı havada yük avtomobilində gecələdik".

Azərbaycanlı tələbə vətənə təxliyəsindən də danışıb. O, deyib ki, bakalavr təhsili aldığı Bakı Dövlət Universitetinin müəlliminin köməyilə Bakıya gətirilib:

"Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli mənlə əlaqəyə keçdi. Bizim Malatyadakı səfirliyimizin koordinatlarını göndərdi. Səfirlik adımı təxliyə siyahısına saldı və Azərbaycana göndərildim. Yol boyu bütün təminatlarımız görüldü.
Sadəcə əynimdəki paltar və əl çantamla vətənə döndüm. Pasportum və Bakı Dövlət Universitetinin bakalavr diplomum orada qaldı. Tək üzüldüyüm də budur ki, 4 illik əziyyətim və zəhmətim getdi. Ürəyim yenə Malatya üçün çırpınır. Ora mənim doğma şəhərimdir və mütləq geri dönəcəyəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1096   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 109
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.