"Bəlkə də musiqinin başqa janrında ifa etsəydim icazə verməzdilər"

"Bəlkə də musiqinin başqa janrında ifa etsəydim icazə verməzdilər""O illərdə qız övladının incəsənət sahəsində olmasını birmənalı qarşılamırdılar. Mənim də valideynlərim sənətə gəlməyimə razı deyildilər. Məni sənətdən uzaqlaşdırmaq üçün qarmon sinfinə qoydular. Fikirləşdilər ki, bəlkə müğənni yox, musiqiçi olaram. Sənətdə hər zaman ailəm mənə dəstək olub. Hamı bilir ki, həyat yoldaşım qohumum, dayımoğlu olub. Qaynatam da ədəbiyyatı, qəzəlləri, klassikləri sevən bir şəxsiyyət idi. Onun köməkliyi ilə həm bizim ailəmizin möhkəmliyi oldu, həm də mənə sənətdə böyük dəstək verdi. Yeni ailə həyatı quranda əlbəttə ki, yoldaşım da istəmirdi ki, sənətlə məşğul olum, amma yenə də qaynatam bunun qarşısını aldı. Bəlkə də musiqinin başqa janrlarında ifa etsəydim icazə verməzdilər. Mən hər zaman deyirəm ki, insanın rahatlığı ailədən başlayır. Mən konsertlərə, tədbirlərə ailədən hazırlaşıb gedirdim. O sevgi ilə evdən çıxmasaydım, o sənətimi sevgi ilə səhnədən tamaşaçıya necə ötürə bilərdim?! O qayğı ilə əhatələnməli idim ki, bunu mən tamaşaçılara da yansıda bilim".

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında sevilən xanəndə, xalq artisti, "Şöhrət" ordenli Səkinə İsmayılova deyib.

"Muğam çox ağır sənətdir. Mənim oxuduğum illərdə, elə bu gün də görün muğam sinfini nə qədər xanəndələr bitirir, amma hər kəs bunu davam etdirə bilmir. Bilirsiniz ki, mən ilk addımlarımı opera səhnəsində atmışam. 30 il sərasər bu səhnədə böyük sənətkarlarla tərəf müqabili olmuşam. 30 il bu səhnədə mən dünya səhnələrinə alışmağı öyrənmişəm. Opera səhnəsindən sonra bütün dünya səhnələri mənim üçün adiləşdi. Çünki 3 saat canlı-canlı tamaşada iştirak etmək, oxumaq çətin bir iş idi" deyə sənətkar bildirib.

Xalq artisti efirlərdə tez-tez görünməməsinin səbəblərindən də danışıb.

"Göründüm, ad olsun deyə hər verilişdə iştirak edə bilmərəm. O verilişdə mütləq özümü görməliyəm. Ekran qarşısında əyləşib baxan tamaşaçı da bizdən nəsə öyrənməlidir, bəhrələnməlidir, qidalanmalıdır. Zərrə-zərrə xalqın sevgisini, hörmətini qazanmışam. Bu hörməti, dəyəri reytinq arxasınca qaçan aparıcının və onun verilişinin qurbanı edə bilmərəm. Azərbaycan televiziyalarının bu günki musiqi zövqümüzə birbaşa təsiri var. Yaxşı olardı ki, televiziyalar bu istiqamətdə məsuliyyətlərini hiss etsinlər. O illərdə efirə çıxmaq asan deyildi. Amma bu gün hər yerindən duran müğənni efirdə özünü sənətkar adlandırır. Sənətkar tarixdə qlamaq üçün səhnəyə çıxmalıdır, pul qazanmaq üçün yox. Pul qazanmaq xatirinə səhnəyə çıxmaq sənətə hörmətsizlikdir. Gənc xanəndələrə də tövsiyyəm odur ki, ucuz qalmaqalların, səviyyəsiz verilişlərin oyuncağına çevrilməsinlər" deyə sənətkar bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 846   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu foto Flora Kərimovanı təsirləndirdi

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd

31.10.2026 484
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 173
.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

04.11.2026 468
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 425
.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı

25.10.2026 926
.

"Sevgilim 3 il məni aldatdı"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund

07.11.2026 210
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25.10.2026 741
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 888
.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 185
.