"Xilas etməyi çatdırmadığın üçün yaxınından bağışlanma diləmək çox çətindir" - MÜSAHİBƏ + FOTO

"Xilas etməyi çatdırmadığın üçün yaxınından bağışlanma diləmək çox çətindir" - MÜSAHİBƏ + FOTOTanınmış azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlunun Türkiyədə olduğu və insanların dağıntılar altından xilas olunmasında iştirak etdiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Everesti fəth edən "Qar bəbiri" fəlakət zonasına könüllülər dəstəsinin tərkibində yollanıb. İdmançı Media.az-la söhbətində xilasetmə əməliyyatlarının ən çətin və emosional anlarından danışıb.

- Faciə baş verən zaman Türkiyədə idiniz?

- Bəli, zəlzələ baş verən zaman Azərbaycanın alpinist komandası ilə Türkiyədə idim - Ərzurum Beynəlxalq Buzadırmanma Festivalı (Erzurum International Ice Climbing Festival) üçün gəlmişdik. Komandamız buraya fevralın 2-də gəldi, fevralın 5-də buzadırmanma proqramımızı başa vurduq, fevralın 6-da isə səhər saatlarında İzmirə yola düşməli idik. Amma Türkiyənin bir neçə şəhərində zəlzələnin baş verdiyini öyrəndikdən sonra dərhal türk alpinistlərindən yaradılmış könüllü dəstəyə qoşulmaq qərarına gəldim. Komandamızın böyük hissəsi İzmirə getdi, oradan da Bakıya qayıtdılar. Dağ bələdçisi Renat Rəhimxanov və mən türkiyəli həmkarlarımızla birlikdə Hatay vilayətinə getdik. Bir günə təyinat yerinə çatdıq və dərhal xilasetmə işlərinə qoşulduq.

- Nə qədər insan xilas edilib və onların arasında ölkəmizin vətəndaşları olubmu?

- Elə ilk gecə bir nəfəri dağıntılar altından çıxara bildik. İkinci və üçüncü günlər də kifayət qədər uğurlu keçdi. Dağıntılar altında maksimum canlı insanların tapıla biləcəyi ilk 72 saat qaydası - onların hələ də kömək çağıra və xilasedicilərin çağırışına cavab verə bildiyi müddət, - hara baxacağımızı tez müəyyənləşdirməyə imkan verdi.

Ümumilikdə, dəstə 10 nəfəri xilas edə bilib - onlardan 9-u dağıntılar altında idi, biri isə binanın yuxarı mərtəbəsindən çıxarılıb - o, zəlzələ zamanı aşağı enməyə imkan tapmamışdı. Biz onu qaldırıcı kranla aşağı saldıq.

Dəstənin əsas vəzifəsi dağıntılar altında qalan canlı insanları tapmaq idi. Kommunikasiya bizim üçün vacib idi, biz dağıntılar altından kömək çağırışlarının eşidildiyi xəbərini alanda reaksiya verirdik. Bizim dəstənin tapşırığına ölənlərin meyitlərinin çıxarılması daxil deyildi, amma elə anlar olub ki, "filan yerdən səs eşidilir", - xəbəri alırdıq, biz gedəndə isə artıq səsimizə səs verən olmurdu. Buna baxmayaraq, göstərilən yerdə xilasetmə işləri aparırdıq, lakin təəssüf ki, artıq ölmüş insanları tapırdıq.

Xilas etdiyimiz insanlar arasında Azərbaycan vətəndaşı olmayıb.

- Emosional vəziyyətinizi təsəvvür edirəm...

- Ən çətin anlar insanların dağıntılar altında qalan yaxınlarının səsini eşitdikləri barədə iddiaları və xilasetmə işini davam etdirmək istəmələri, bizim isə onlara getməli olduğumuzu, çünki başqa yerdə hələ də xilas ola biləcək insanlar haqqında siqnal aldığımızı, əks halda onlar üçün çox gec olacağını izah etməyimiz idi. Dərddən qəddi əyilən insana belə söz demək, sadəcə dəhşətdir!

Həmçinin kömək çağırışı eşidəndə, ancaq işlər getdiyi müddətdə zərərçəkənin ölməsi də ağırdır. Sənin yanında isə onun xilas edilməsini gözləyən doğması var. Sənə qalan, onun gözlərinə baxaraq, xilas etməyi çatdırmadığın üçün bağışlanma diləməkdir...

Bu, həyatımda gördüyüm ən böyük insan faciəsidir. Allah bir daha təkrar etməsin!

- Ancaq xilas edə bildiyiniz insanlar da oldu...

- Bəli, insan bu vaxt böyük sevinc hissi yaşayır! Xüsusilə bir ailənin bütün üzvlərini - iki aylıq körpədən, anasından, atasından və nənəsinə kimi hamısının xilası xatirimdədir. Xoşbəxtlikdən, bu ailə sağ qaldı.

"Xilas etməyi çatdırmadığın üçün yaxınından bağışlanma diləmək çox çətindir" - MÜSAHİBƏ + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 97
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 194
.