FHN-in ikinci mobil səhra hospitalı Türkiyəyə yola salınıb

FHN-in ikinci mobil səhra hospitalı Türkiyəyə yola salınıbAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə göndərilib.

Bu barədə BiG.AZ-a FHN-dən bildirilib.

Hospital 5 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında hərbi səhra şəraitində fəaliyyət göstərə bilən peşəkar tibbi heyət xidmət aparacaq. Hospitalda ixtisaslaşmış tibbi xidmət göstərmək üçün hər cür təminat həyata keçirilib. Hospital Səhiyyə Nazirliyi tərəfindən dərman, tibbi sərf materialları və reaktivlərlə təmin olunub.

Mobil səhra hospitalını aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 558   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlıla

20.08.2026 227
.

Çin-Tayvan münaqişəsində gərginlik artır: Müharibə riski nə qədər realdır? - POLİTOLOQDAN AÇIQLAMA

Çin-Tayvan gərginliyi son günlər yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tayvanın 2027-ci il üçün müdafiə xərclərini rekord səviyyəyə çatdırmağı və büdcəni 18 faiz artıraraq 1,1225 trilyon Tayvan dollarına yüksəltməyi təklif etməsi Pekinlə qarşıdurmanın daha da dərinləşdiyin

20.08.2026 250
.

Isveçrə hava müdafiəsinə 970 milyon frank ayırır

İsveçrədən hava hücumundan müdafiə sisteminə 970 milyon franklıq əlavə vəsait ayıracaq. xarici mətbuata istinadən xəbər verir ki, İsveçrə hökuməti artan təhlükələri əsas gətirərək ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün parlamentdən 970 milyon İsveçrə frankı məbləğində əlavə vəsai

20.08.2026 260
.

Uşaqları İKT-dən uzaqlaşdırmaq çıxış yoludurmu? - Ekspert yanaşması

Yeniyetmələrin İKT vasitələrindən həddindən artıq istifadə etməsinin onları tənbəl və cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən fərdlərə çevirdiyi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur? Müasir dövrdə uşaqları İKT vasitələrindən uzaqlaşdırmaq, yoxsa onlardan düzgün və balansl

20.08.2026 408
.

Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq

Metro xətlərinin ayrılması ilə birlikdə həmin ərazilərə sərnişin daşıyan ekspres avtobuslar fəaliyyətə başladı. Bəs görəsən, bu amil kirayə bazarındakı qiymətlərə də təsir edəcəkmi? Metronun əlçatan olduğu yerlərdə qiymətlərin artıb, digər ərazilərdə azalması ehtimal edilirmi? Kirayə mənzil bazarındak

20.08.2026 313
.

Aİ lideri: Ukraynanın HHM sistemləri ilə təmin olunması üçün çalışırıq

Avropa İttifaqı Ukraynanın anti-ballistik qabiliyyətinin dəstəklənməsi üçün çalışır. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" hesabında bildirib. O, Aİ üzv dövlətlərinin və tərəfdaş ölkələrin Ukraynanın Hava Hücumundan Müdafiə potensialının gücləndirilməs

20.08.2026 215
.

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəs

20.08.2026 327
.

Bakıda uşaq xəstəxanasında antisanitar vəziyyət - Fotolar

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb. Axşam.az xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial media hesabında paylaşıb. Onun sözlərinə görə, xəstəxananın sanitar qovşağında antisanitar vəziyyət hökm sürür. Jurnalis

20.08.2026 289
.

ABŞ Çini amerikalı alimin qanunsuz həbsində ittiham etdi

ABŞ Dövlət Departamenti Çinin amerikalı alim Vu Min Cinqi qanunsuz şəkildə həbs etdiyini bildirib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. ABŞ Dövlət Departamentinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Dövlət Katibinin köməkçisi Dilan Conson bildirib ki, Amerika vətəndaşlarını

10:29 41
.