"22 ildir belə yaşayıram" - Könül Xasıyeva
Xalq artisti Könül Xasıyeva Türkiyədəki təbii fəlakətinin fonunda 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələdə yaşadıqları ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, bu barədə xanəndə sosial media hesabında yazıb.
"22 il öncə Bakıda heç 1 dəqiqə çəkməyən zəlzələ yaşadım. O anda yaşadığım qorxu və stres bütün həyatımı alt-üst etdi. Tam 22 ildir evdə tək qala bilmirəm. Yanımda tibb bacısı olmadan heç bir yerə gedə bilmirəm. Gecələr yatmaq istəyirəm, qorxu hissi gəlir, səhərə kimi dərmanlarla oyaq qalıram. Yuxunun nə olduğunu demək olar ki, unutmuşam. Getdiyim məclislərdə biri rəqs edərkən təngənəfəs oluram. İzlədiyim filmlərdə xəstəxana epizodlarına baxarkən ürəyim bərk, tez-tez döyünməyə başlayır və nəticədə havam çatmır, boğuluram. İndi bunları yazarkən keçirdiyim hislər belə çox dəhşətlidir. İnsan bir gündə neçə dəfə ölüb-dirilə bilər? 22 ildir belə yaşayıram. Bunun adı yaşamaqdırsa...
Bir zəlzələ insanı yalnız cismanı deyil, eyni zamanda mənəvi, ruhən də öldürür. Bütün həyatını, bütün düzənini alt-üst edir, sinirlərini çökdürür. Nəticədə zamanla əl-ayaq, nitqin tutulur, onurğada miyelit baş verir, çəliyə tutunursan. Sonda da hələlik müalicəsi davam edən problem. Daha dözülməz olanı isə təksən və himayəndə yetkinlik yaşına çatmayan narahat övlad... Qısacası həyatdasan, canlısan, amma bir ölüdən fərqin yox kimi.
Canımız Türkiyədədir. Baş vermiş zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm. Uca Rəbbim bir daha belə fəlakətlərlə imtahan etməsin. Amin" deyə, Xasıyeva paylaşımında bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov
02.11.2026 812 79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
01.11.2026 482 Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO
Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü
07.11.2026 183 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 175 Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü
Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm
01.11.2026 473 "Sevgilim 3 il məni aldatdı"
Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund
07.11.2026 210 "Hürrəm" ilk dəfə Bakıdadır - Video
Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik
04.11.2026 567 Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25.10.2026 926 Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il
01.11.2026 778