Kanadanın qadın futbol yığması etiraz olaraq tətilə başlayıb

Kanadanın qadın futbol yığması etiraz olaraq tətilə başlayıbKanadanın qadınlardan ibarət milli komandası məvaciblə bağlı narazılığa görə tətilə başlayıb.

Bu, ABŞ-da "SheBelieves" turnirinin başlamasına bir həftədən az vaxt və 2023-cü il dünya çempionatına 5 ay qalmış baş verib.

"Bizim kişilərdən ibarət komandamızın dünya çempionatı ərəfəsində malik olduğu resurslar bizdə yoxdur. Bu vəziyyət qadınlara, məşqçilərə, komandanı dəstəkləyən, onun üçün çalışan hər kəsə qarşı son dərəcə haqsızlıqdır", - deyən forvard Canin Bekki oyunçuların kişilərdən ibarət komanda ilə eyni büdcəni tələb etdiklərini bildirib.

Həmçinin, qadınlardan ibarət komanda bəyanat yayaraq, Kanada Futbol Federasiyasını onları lazımi şəkildə dəstəkləməyə məcbur etmək üçün hər şeyi etməyə hazır olduqlarını bəyan edib.

"Bir ildən artıqdır ki, səbirlə danışıqlar aparırıq. Dünya çempionatı yaxınlaşır və bizdən yüksək səviyyədə yarışmağa hazırlaşmağımızı tələb edirlər. Lakin onlar kişilərdən ibarət komandaya göstərdikləri dəstəyi bizə vermirlər və büdcəni kəsirlər. Futbolçuların çiyninə belə bir yük qoymaq yolverilməzdir. Biz federasiya tərəfindən hörmətsizlik hiss edirik", - deyə bəyanatda bildirilir.

Kanadanın kişilərdən ibarət komandası da qadınları dəstəkləyib və federasiyanın vəsaitlərin bölüşdürülməsində kifayət qədər şəffaf olmadığını vurğuyıb.

Komandaların açıqlamalarına cavab olaraq Kanada Futbol Federasiyasından qeyd olunub ki, uzun müddətdir qadınlardan ibarət komandanı dəstəkləyirlər, şəraitin yaxşılaşdırılması üçün danışıqlar aparır və bu istiqamətdə fəaliyyətini davam etdirəcəklər.(oxu.az)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 987   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

09.10.2026 963
.

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

Əfsanəvi futbolçu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "İnter"in (Mayami) ulduzu bu gün axşam İspaniyanın Ovyedo şəhərində Campoamor Teatrında təşkil olunacaq təntənəli mərasimd

22.10.2026 910
.

Daha 4 cüdoçumuz tatamiyə çıxır

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq. "Qafqazinfo" xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar. M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq

10.10.2026 721
.

4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6

07.10.2026 729
.

"Fənərbaxça"dan möhtəşəm geridönüş

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is

04.11.2026 415
.

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək. Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub. Xatırladaq ki, "Kəpəz"

31.10.2026 429
.

Hidayət Heydərov bürünc medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)

30.10.2026 509
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20.10.2026 774
.

Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək

Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ

01.11.2026 398
.