Çavuşoğlu: "Yaxşı qonşu belə günlərdə bəlli olur"

Çavuşoğlu: "Yaxşı qonşu belə günlərdə bəlli olur"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələlərdən sonra bu gün ölkəyə gələn Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə Hatayda görüşündən sonra mətbuata açıqlama verib.

"Zəlzələdən dərhal sonra Türkiyəyə zəng edib yardım təklif edən ilk ölkələrdən biri Yunanıstan olub. Onlar dərhal axtarış-xilasetmə qrupları göndərərək çoxlu sayda təyyarə ilə Türkiyəyə humanitar yardım gətiriblər. Yunanıstanın göndərdiyi axtarış-xilasetmə qrupları ilə görüşdük və onlara təşəkkür etdik. Gəldikləri andan gecə-gündüz burada səy göstərdilər. Hər bir insan sağ-salamat xilas edildikdən sonra biz burada təkcə Yunanıstan komandasının deyil, bütün Yunan xalqının necə xoşbəxt olduğunu gördük", - deyə Çavuşoğlu bildirib.

O, qeyd edib ki, yaxşı qonşu belə günlərdə bəlli olur.

"1999-cu ildə həm Türkiyədə, həm də Yunanıstanda təxminən bir ay fasilə ilə zəlzələ baş verdi. Əvvəlcə Yunanıstan köməyimizə qaçdı, sonra Türkiyə Yunanıstanın köməyinə tələsdi. Çətin anlarda bir-birimizə kömək etməyimiz vacibdir. Amma deyim ki, münasibətlərimizi yaxşılaşdırmaq üçün başqa bir fəlakət gözləmək lazım deyil. Ümid edirəm ki, fikir ayrılıqlarımızı səmimi şəkildə dialoq yolu ilə həll etmək üçün səy göstərəcəyik. Mən dostum Nikos Dendiasa və şəxsən Yunanıstan hökumətinə və bütün Yunan xalqına bu çətin zamanda göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm", - nazir yekunlaşdırıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 12 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yerdən 23 dəfə ağır planet kəşf edildi

Astronomlar Yer kürəsindən təxminən 2,5 dəfə böyük, lakin kütləsi ondan 23 dəfə çox olan qeyri-adi ekzoplanet aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, GJ 523b adlandırılan bu səma cismi yüksək sıxlığı və nəhəng kütləsinə baxmayaraq, qaz nəhənginə deyil, əsasən, qayalı planetə bənzəməsi il

20.08.2026 214
.

Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə - Fotolar

Əməkdar artist Rəşidə Behbudova ailəsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, həyat yoldaşı Kamil Şahverdiyev və oğlu Rəşidlə fotolarını sosial media hesabında yayımlayıb. Qeyd edək ki, R.Behbudova əfsanəvi müğənni Rəşid Behbudovun qızıdır

20.08.2026 333
.

İrandan ABŞ-a yeni xəbərdarlıq: Avropadakı bazalar hədəfə çevrilə bilər

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatın

20.08.2026 171
.

Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir

2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrı

20.08.2026 223
.

Torpaq alarkən bunu mütləq bilin: Kateqoriya və təyinat eyni deyil

"Torpaqların kateqoriyaları ilə bağlı əsas hüquqi tənzimləmə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində öz əksini tapıb". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, Torpaq Məcəlləsinin müddəalarına əsasən, torpaqlar məqsədli təyinatın

20.08.2026 215
.

ABŞ İrana qarşı "tarixin ən sərt sanksiyalarını" tətbiq edəcəyini bildirib

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent bildirib ki, Birləşmiş Ştatlar İrana qarşı "tarixin ən sərt sanksiyalarını" tətbiq edəcək və bu addımın yeni böyük hərbi əməliyyatlara ehtiyacı azaldacağını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Bessentin cümə axşamı verdiyi şərhlər

09:00 1
.

Laçına köç davam edir

2023-cü il avqustun 26-da Laçında Şəhər Günü böyük coşqu ilə qeyd olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram tədbirində iştirak etməsi xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış edərək "Laçın Şəhəri Günü" münasibətil

20.08.2026 294
.

Aİ lideri: Ukraynanın HHM sistemləri ilə təmin olunması üçün çalışırıq

Avropa İttifaqı Ukraynanın anti-ballistik qabiliyyətinin dəstəklənməsi üçün çalışır. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" hesabında bildirib. O, Aİ üzv dövlətlərinin və tərəfdaş ölkələrin Ukraynanın Hava Hücumundan Müdafiə potensialının gücləndirilməs

20.08.2026 205
.

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəs

20.08.2026 311
.