Bakıda məktəb müəllimi həbs edildi
Bakının Xəzər rayonu, Binə qəsəbəsində yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş müəllim həbs edilib.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəzər rayonunda yerləşən orta məktəblərdən birində idman müəllimi işləyən 1967-ci il təvəllüdlü Mikayıl Abbasov (ad və soyad şərtidir) məktəbli oğlanın anasının şikayəti əsasında tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin yeniyetmə M.Abbasovun işlədiyi məktəbdə təhsil alır. Belə ki, fiziki tərbiyə müəllimi dost münasibətində olduğu qadının evinə gedərkən onun oğlunun evdə tək olmasından və qızdırmalı halından istifadə edərək bu hərəkətləri edib.
15 yaşlı oğlanın anası ifadəsində deyib:
"Mikayıl oğlumun təhsil aldığı məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Onun yaşadığı ünvan bizim evin yaxınlığında yerləşir. Mən işdə olduğum üçün bir neçə dəfə Mikayıldan oğlumu hazırlığa aparmasını xahiş etmişəm. Sonuncu dəfə 2 sentyabr 2022-ci il tarixdə, saat təxminən 15 radələrində o, mənə səs göndərərək oğlum Fuadın (şərti adlı) halsız olduğunu, hərarətinin olduğunu bildirdi və termometrin yerini soruşdu. Həmin gün axşam evə gəldikdə oğlumun halsız olduğunu gördüm və onun hərarətini ölçdüm. Bundan sonra Fuad mənə Mikayılın həmin gün evə gəldiyini, ona qarşı əxlaqsız hərəkətlər etdiyini dedi. Hadisə vaxtı oğlumun hərarəti olduğundan Mikayılın hərəkətinə qarşı heç bir reaksiya verə bilməyib".
Mikayıl Abbasov isə ifadəsində hadisə baş verən gün sadəcə Fuadın temperaturunu ölçmək məqsədilə onu soyundurduğunu deyib. O, yeniyetmə ilə hər hansı seksual xarakterli hərəkət etmədiyini deyib.
İş üzrə Xəzər rayon Polis İdarəsində toplanan materiallar daha sonra Xəzər rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 3 fevral tarixli hökmü ilə 56 yaşlı kişi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun hadisədən dərhal sonra, yəni sentyabrın 5-dən həbs edilməsi nəzərə alınaraq cəzasının başlanğıcı olaraq həmin tarix qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1777 Tarix: 13 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568