"Deyim ki, 150 manat qonorar verdiyinə görə ayrılmışıq?"

"Deyim ki, 150 manat qonorar verdiyinə görə ayrılmışıq?"Xanəndə Pərviz Qasımov Xalq artisti Miri Yusiflə arasında küsülülük olduğunu açıqlayıb.

OLAY yazır ki, bu barədə o, "Səhərin səsi" verilişində danışıb. Pərviz deyib ki, Miri Yusiflə illər əvvəl iş birlikləri olsa da, qonorar məsələlərinə görə yollarını ayırıblar:

"Miri Yusifə səhnəyə gəldiyi ilk günlərdə mən də ürəkdən dəstək olmuşam. 2013-cü ildə bizim birgə proyektimiz oldu, "Küçələrə su səpmişəm" mahnısını oxuduq. Son vaxtlar saraydakı konsertində başqa xanəndələr ifa edir. Baxırlar, məndən öyrənirlər, sonra səsləndirirlər. Orada adımı qeyd etməyiblər. Amma varam. 7 dəqiqəlik mahnıdır, 5-ci dəqiqədən mən oxuyuram. Konsertdə də canlı oxumuşam. Sonradan bəzi nüanslar yarandı, qonorar problemləri oldu. Uzun illər konsertlərində bir qəpik güdmədən iştirak etmişəm. Sonra gördüm, sənətə qiymət verilmir, düşündüm ki, insan öz dəyərini bilməlidir. Qardaşımız, dostumuzdur. İlk mənlə, sonra Nigar Camalla, Zülfiyyə Xanbabayeva ilə başladı. Mən "Eleven" klubundan danışıram. O vaxt başlamışdıq. Konsertlərində başqa mahnılar var idi.

"Deyim ki, 150 manat qonorar verdiyinə görə ayrılmışıq?"Onların muğam hissəsini mən oxumuşam. Uman yerdən küsərlər. Mən məhkəməyə də verə bilərəm ki, icazəm olmadan konsertdə kimsə oxuya bilməz. İlk ifaçısı mənəm. O mahnı sifarişlə yazılmışdı. Aranjımanı da Xalq artisti Siyavuş Kəriminin oğlu Emin Kərimiyə məxsusdur. O zaman klipi Ukraynada çəkilməli idi, bəzi səbəblərə görə qaldı. Prodüser problemlərimiz oldu, qonorarda razılaşa bilmədik. Çəkildim kənara. Məndən sonra 4-5 ifaçı o mahnını səsləndirib. Son konsertindən sonra mənə yazırlar ki, axı bu mahnını siz səsləndirmisiz, niyə başqası oxuyur? Nə deyim? Deyim ki, 150 manat qonorar verirdilər ona görə? Xanəndəyə 150 manat verirdilər. Gördüm ki, sanki "sex müğənnisi" vəziyyətinə gətirib çıxardılar. Sonra dedim mən yoxam. Onun qazancı çox idi.

"Deyim ki, 150 manat qonorar verdiyinə görə ayrılmışıq?"Moskvaya konsertlərə getmişik. Onu bibim qızının toyuna çağırdım, gəlmədi, dedi, qiyməti budur. Mən Bakı Dövlət Universitetindən məzun olanda, rəhbərlik söylədi ki, Miri Yusifə desək, məzun gününə gələ bilər? Onda da qonorarla gələcəyini söylədi. Xalq artistimizdir, gözəl ifaçıdır, o məsələlərə toxunmuram. Bəzən mən Miri Yusifə görə Moskvaya pulsuz getmişəm. Bir qəpik də almamışam. İnsan əziyyətinin bəhrəsini görmək istəyir. Dost, qardaş deyən insan onun davamını gətirməlidir. Məndən nəyə görə inciyə bilər? Yaxşılıqdan başqa əlimdən nə iş gəlib? Mən pislik bacarmıram. Bizi o vaxt Tural Əsədov tanış etmişdi. Bir də "Eleven"in rəhbəri Cəmil. Xahiş etdilər ki, Miri Yusifi ifası ilə qaldırmalıyıq, səhnənin ulduzu etməliyik. Dedim, problem deyil. Dəfələrlər konsertlərində qonorarsız iştirak etmişəm. Sonra özləri pul verdi, o da 150 manat. Düşündüm ki, yəqin bilməyiblər, fikirlidilər. Bu hal təkrarlananda dedim, belə olmaz".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1348   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 183
.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

07.11.2026 348
.

Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi

Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo

01.11.2026 430
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 403
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 542
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 750
.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

04.11.2026 468
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 245
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 527
.