HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalı

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıBu yaxınlarda HONOR şirkəti Azərbaycanda sərfəli qiymətə texniki cəhətdən təkmilləşdirilmiş yeni
smartfon seriyasını təqdim etdi. Biz isə ən çox diqqət çəkən iki yeni məhsul, yəni məhz HONOR X9a və
HONOR X8a ilə daha yaxından tanış olmaq qərarına gəldik. Hər iki smartfon eyni seriyaya aid olsa da, bir- birindən nəzərəçarpan dərəcədə fərqlənir. Gəlin onların nə ilə fərqləndiyinə daha yaxından baxaq.

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHər iki cihaz dizayn baxımından diqqətəlayiqdir. HONOR X9a daha bahalı smartfonlar üçün səciyyəvi olan displey uclarının dəbli əyriliyi ilə diqqəti cəlb edir. Məsələn, HONOR 70 kimi.
HONOR X8a daha klassik formadadır. Onun tamamilə hamar ucları var.

Hər iki cihaz üç rəngdə mövcuddur. Klassik qara rəngi var ki, o da HONOR X9a və X8a-da fərqlənir. Birinci halda daha parlaq və buna görə də bir qədər tez çirk toplayan korpusa, ikinci halda isə daha tutqun, bir az qabarıq, kir, eləcə də barmaq izlərinə qarşı o qədər də həssas olmayan, tez çirklənməyən korpusa malikdir.
Gümüşü rəng HONOR X9a-da daha qradient, rəngarəng parlaq rəngə malikdir, burada müxtəlif uclardan yalnız gümüşü deyil, həm də sarı, yaşıl, bənövşəyi çalarları da tuta bilərsiniz. HONOR X8a gümüşü rəngdədir, həqiqətən də bildiyimiz gümüşü rəngdədir. Lakin tünd yaşıl rəng HONOR X9a-nın eksklüziv rəngidir. HONOR X8a cüzi kristal effekti və ipək səthi ilə xüsusi mavi rəngə malikdir.

Smartfonların kamera blokları fərqli dizaynındadır. HONOR X9a-da zərif premium görünüşlü halqavari formalı fotosensorlar quraşdırılmışdır, HONOR X8a isə üç kameralı və LED flaşı olan iri kvadrat formalı sahəsi ilə hamıya daha çox tanış olan görünüşə malikdir.

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X9a dizayna tam uyğun olan displeyə malikdir. Şəlalə formalı ekran telefonun demək olar ki, bütün ön səthini əhatə edir. AMOLED-matris diaqonalı 1080x2400 piksel təsvir ölçüsü ilə 6.67 düymdür. Displey 120Hz tezlikdə təsvir yeniləyir, bununla da həm interfeysdə, həm də tətbiqlərdə hamar animasiyaları təmin
edir.

HONOR X8a sanki özünün klassik statusunu vurğulayır. Burada heç bir yuvarlaqlaşdırma və ya əyri yoxdur.6.7 düymlük diaqonalı olan smartfon, 1080x2388 piksel təsvir ölçüsünə malikdir. Bunun matrisi AMOLED deyil, LTPS-dir, amma əla keyfiyyətlidir. Doğrudur, yeniləmə tezliyi daha azdır, yəni 120 Hz əvəzinə 90 Hz-dir.

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHər iki smartfon üç əsas sensordan ibarət sistemlə təchiz edilmişdir. Üstəlik, X9a və X8a-nın iki sensoru görünür ki, eynidir. Söhbər super makro, yəni çox yaxın məsafədən fotoşəkil çəkilişi üçün 2 meqapiksellik kameradan gedir. 5MP sensoru ultra genişbucaqlı panorama çəkilişləri üçün uyğun olacaqdır.

Hər iki kamera yaxşı işləyir, amma gəlin dürüst olaq, çünki çəkilişlərin çoxunu siz əsas modullar vasitəsilə əldə edəcəksiniz. HONOR X9a-da bu, 64MP-lik sensor, HONOR X8a-da isə bu, 100MP-lik sensordur!

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X9a ilə çəkilib

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X9a ilə çəkilib

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X9a ilə çəkilib

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X9a ilə çəkilib

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X9a ilə çəkilib

İlk baxışda görüntülərin keyfiyyətindəki fərqi o qədər də açıq görə bilmərik. Lakin, toran vaxtı və ya çox az işıq olan digər şəraitlərdə HONOR X9a smartfonu önə çıxır. Smartfon detalları bir az daha yaxşı çəkir və rənglə daha dəqiq və səliqəli işləyir. Fərq çox böyük olmasa da, "doqquzluq"un xeyrinədir. Hər iki smartfon
həmçinin eyni anda iki kameradan, yəni ön və əsas kameradan video çəkə bilir. Bloggerlər bu fürsəti mütləq qiymətləndirəcəklər.

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X8a ilə çəkilib

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X8a ilə çəkilib

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X8a ilə çəkilib

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıHONOR X8a ilə çəkilib

Smartfonlar müxtəlif platformalarda qurulmuşdur. Daha bahalı HONOR X9a Snapdragon 695 çipi ilə Qualcomm, HONOR X8a isə Helio G88 çipi ilə MediaTek-ə üstünlük vermişdir. Hər iki modeldə operativ yaddaş 6GB-dir. Hətta ən aktiv istifadəçilər üçün də bu, kifayət edir. Quraşdırılmış yaddaş da hər ikisində eyni həcmdədir, yəni 128 GB-dir.

Hər iki smartfon batareyaya toplamadan kifayət qədər uzun müddət işləyə bilər. HONOR X9a daha böyük batareyaya və enerjiyə qənaət edən prosessora malik olduğu üçün asanlıqla iki gün işləyəcə bilər.

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalıİki smartfon arasındakı əsas fərq tutumları fərqli olan batareya dəstəyindədir. HONOR X9a 40 Vt enerji təchizatı bloku ilə batareya yığır. Bir saat ərzində 0-dan 100% -ə qədər və hətta daha sürətli enerji toplamaq kifayət edir. HONOR X8a 22.5 Vt bloku ilə təchiz olunub və təxminən saat yarıma batareya toplayır.

Yekun Xülasə

Həm HONOR X9a, həm də HONOR X8a istehsalçının bu smartfonlar üçün işləyib hazırladığı konsepsiyaya dəqiq şəkildə riayət edir. Bunlar eyni zamanda istifadəçilərə maksimum dərəcədə çox texnologiya təklif edən nisbətən ucuz cihazlardır.

HONOR X9a qabaqcıl dizayna, 120Hz tezliyə malik əyilmiş displeyə, çox güclü prosessora, daha böyük batareyaya, daha sürətli enerji toplama bacarığına və zəif işıqda daha yaxşı şəkil çəkən kameraya malikdir.

Azərbaycanda bu smartfonu İRSHAD və digər partnyor mağazalarıdan 749 manata əldə edə bilərsiniz.
HONOR X9a-nı bu brendin rəsmi partnyorlarından əldə etdikdə, alıcıya xoş bonus olan HONOR Choice X3 lite qulaqlıqları hədiyyə veriləcəkdir.

HONOR X8a daha klassik, sərt xarici görünüşə malikdir. Əyri olmasa da, əla displeyi var. Prosessor istənilən iş üçün kifayət edir və şəkillərin keyfiyyəti də əminik ki, hər kəsin xoşuna gələcək. Qiymət və çoxları üçün o qədər də vacib olmayan xırdalıqlar arasında kompromis axtaranlar üçün smartfon idealdır.
Yeri gəlmişkən, qiymət haqqında da bir az danışaq. Smartfonu artıq İRSHAD mağazalarından və digər partnyor mağazalardan cəmi 549 manata almaq mümkündür.

Bəhs etdiyimiz iki modeldən əlavə, istehsalçı həmçinin qiymət baxımından ən sərfəli olan və cəmi 449 manata HONOR X7a-nı da təklif edir.

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2987   Tarix: 27 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 171
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.