Vətəndaşının dərd-sərinə şərik olmağı bacaran rəhbər

Vətəndaşının dərd-sərinə şərik olmağı bacaran rəhbər"Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır". Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikir müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.
2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisə idi.
Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyeva yeni vəzifədəki fəaliyyəti dövründə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.
Dünyanın bütün məşhur şəxsləri "Hər bir uğur qazanmış kişinin arxasında bir qadın dayanır" fikrini təsdiq edir. Lakin, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan bir kişi, bir ailə dayanır. Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci Vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Respublikanın Birinci Vitse-prezidentiti Mehriban xanım, ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir.
Yeni təyinatadək Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın Bakının ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyəgəlməzdir. Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyəti də yaddaşlarda dərin iz qoyub. Bundan başqa, Mehriban xanım Əliyeva tərkibində 700 mindən çox fəal insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavini idi. Onun Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti də təqdirəlayiqdir. Bütün bu amillər, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır".
Çoxşahəli fəaliyyətinə görə layıq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi namınə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.
44 günlük müharibə dönəmində Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva cənab Prezidentin, dövlətimizin, xalqımızın yanında olmuş, müharibədən sonrakı dövrlərdə belə qazilərin həm ölkəmizdə, həm də xarici ölkələrdə müalicə almasına böyük dəstək vermişdir.
Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırdı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi və gələcəkdə də bu uğurlar özünü göstərəcəkdir.
Mehriban Əliyevanın Birinci Vitse-prezident olaraq 6 il ərzində gördüyü işlər ancaq təqdirəlayiqdir, Azərbaycan xalqı və ölkəmizin dostları tərəfindən alqışlanır. Biz də Mehriban xanım Əliyevaya bu şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq. Mehriban xanım Əliyevanın mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verməsi haqlı olaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Tutduğu statusdan, mövqedən asılı olmayaraq hər bir azərbaycanlının dərd-sərinə şərik olması, problemləri ilə maraqlanması Mehriban xanım Əliyevanın yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, doğma Mehribanı olduğunu bir daha sübut edir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 16 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə zibil poliqonunda döl tapıldı, araşdırma aparılır

Gəncədə yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayıb. Bildirilib ki, 19 avqust 2026-cı il tarixdə Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırm

20.08.2026 296
.

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlıla

20.08.2026 215
.

David Seliverstov Çingiz Qənizadənin yalanını ifşa etdi: "Ofisində görüşək, işçilərin kofe verər yarım saat söhbət edərik" - Video

Xəbər verdiyimiz kimi Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadə son 15 güne yaxındır ki, "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov haqqında bir neçə iddia irəli sürür. Həmin iddialar arasınd

20.08.2026 209
.

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:. "Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvəni

20.08.2026 337
.

Rusiya başladığı müharibəni uduzur

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə məğlub olduğunu bildirib. xəbər verir ki, fon der Leyen bu barədə açıqlamasında deyib. "Rusiya özünün başladığı müharibəni uduzur. Buna cavab olaraq isə dinc əhaliyə və mülki infrastruktura zərbələ

20.08.2026 142
.

Şimali Koreya ABŞ və Cənubi Koreyaya meydan oxudu: 10 ballistik raket buraxıldı

The Guardian yazır ki, Şimali Koreya dənizə doğru təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Raket sınağı ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılmasından bir gün sonra baş verib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Cənubi Koreya ordusunun məlumatına görə

20.08.2026 205
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Matyaşevo və Nikolaypolye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

20.08.2026 138
.

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiha

20.08.2026 235
.

Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq

Metro xətlərinin ayrılması ilə birlikdə həmin ərazilərə sərnişin daşıyan ekspres avtobuslar fəaliyyətə başladı. Bəs görəsən, bu amil kirayə bazarındakı qiymətlərə də təsir edəcəkmi? Metronun əlçatan olduğu yerlərdə qiymətlərin artıb, digər ərazilərdə azalması ehtimal edilirmi? Kirayə mənzil bazarındak

20.08.2026 230
.