Türkiyədəki dəhşətli zəlzələ Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

Türkiyədəki dəhşətli zəlzələ Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA"Azərbaycan və Türkiyə arasında ticari münasibətlər, o cümlədən iqtisadi əlaqələr son illər genişlənib. Türkiyə Azərbaycanın ticarət dövriyyəsinin həcminə görə ikinci ən böyük tərəfdaşıdır. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, Türkiyə Azərbaycanın qeyri-neft sektorunda əsas tərəfdaşıdır: "Bütövlükdə Azərbaycanın 3 milyard dollarlıq qeyri-neft ixracaatının təxminən 30 faizi Türkiyənin payına düşür. Nəzərə almaq lazımdır ki, Azərbaycan ixracaatının əhəmiyyətli hissəsini enerji məhsulları, xüsusən də mavi qaz təşkil edir. Mavi qazın qiyməti isə strateji məhsul olduğundan birjalarda müəyyənləşir. Mavi qaza Türkiyədə tələb azalmadığı üçün iki ölkə arasında ixracaata zəlzələ səbəbindən xüsusi təsir edəcəyi gözlənilmir. Eyni zamanda idxala da təsirlər az olacaq.

Digər tərəfdən Azərbaycan Türkiyənin zəlzələ baş verdiyi regionlarından deyil, ölkənin digər ərazilərdindən daha çox idxal edir. Buna görə, Azərbaycan və Türkiyə arasınakı ticarət dövriyyəsində hər hansı ciddi dəyişiklik gözlənilmir. Təbii ki, bu həm də enerji məhsullarının bazardakı qiymətindən asılı olacaq.

Sözsüz ki, Türkiyə iqtisadiyyatı Azərbaycan üçün vacibdir. Ölkəmiz üçün qardaş ölkənin iqtisadiyyatının güclü qalması olduqca vacibdir. Bizim gözləntilər bundan ibarətdir ki, Türkiyə də bu çətinliyin öhdəsindən gələcək. Baxmayaraq ki, zəlzələ Türkiyə iqtisadiyyatı üçün ciddi ziyanlla müşahidə olunur. Bloomberg-in hesablamalarına görə, söhbət təxminən 80 milyard dollara yaxn ziyandan gedir. Buna baxmayaraq Türkiyə iqtisadiyyatı güclüdür və ölkə potensialı və gücü ilə bunun öhdəsindən gələcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2506   Tarix: 16 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

07.11.2026 236
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini

07.11.2026 175
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

07.11.2026 147
.