Sürücülük vəsiqələri ilə bağlı sənəd TƏSDİQLƏNDİ

Sürücülük vəsiqələri ilə bağlı sənəd TƏSDİQLƏNDİAzərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi qanun layihəsində qeyd olunub.

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb.

Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər. Bu Memorandumun icrası üçün əlaqələndirmə tərəflərin səlahiyyətli orqanları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından Baş Dövlət Polis İdarəsi, Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi adından isə Nəqliyyat vasitəsinə və sürücülərə vəsiqələrin verilməsi üzrə Federal Baş İdarə həyata keçirir. Memoranduma əsasən tərəf dövlətlərin müvafiq milli qanunvericiliyinə edilən hər hansı əlavə və ya dəyişikliklər barədə təxirəsalinmadan diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat verilməlidir.

Eyni zamanda hər hansı fikir ayrılığı tərəflər birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir. Hazırkı Memorandum qeyri-müəyyən müddətə bağlanılır. Ərəb və ingilis dillərində iki əsl nüsxədə imzalanıb. Memorandumun təsvirində hər hansı fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1127   Tarix: 17 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ kəşfiyyatı: İranın yaralı ali lideri hələ də müharibə strategiyasını formalaşdırır

ABŞ kəşfiyyatı, kəşfiyyat məlumatları ilə tanış olan bir çox mənbəyə görə, İranın yeni ali liderinin yüksək vəzifəli İran rəsmiləri ilə birlikdə müharibə strategiyasının formalaşmasında mühüm rol oynadığını qiymətləndirir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, hesabatlarda hazırda parçalanmış reji

09:33 181
.

Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə BİG.AZ-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədi

08.05.2026 349
.

Vahid forma uşaqlarda hansı psixoloji təsiri yaradır?

"Məktəbli forması mövzusu hər tədris ili başlayanda yenidən gündəmə gələn, həm pedaqoji, həm də sosioloji tərəfləri olan çoxşaxəli məsələlərdən biridir. Bəzi məktəblərdə formadan yayınma halları müşahidə olunsa da, bu geyimin əsas fəlsəfəsi sosial bərabərlik prinsipinə söykənir". Bunu BİG.AZ-

08.05.2026 358
.

Ramalın evinə gedib bəstələrini oğurlayan müğənni kimdir?

"Bəstəkar dostlarımız bizə gəlib səsyazanı açırdılar, məni oxutdururdular və səsimi yazırdılar. Üstündən bir həftə keçəndə görürdüm radioda mahnım gedir. Zəng vururdum ki, mənim mahnım deyil? Hamısı tanınmış ifaçıdır, adlarını çəkməyim ayıb olar. İndi edə bilmirlər, çünki görüşmürük. İndi ayılmışam"

08.05.2026 430
.

ABŞ və İran hərbi dəniz qüvvələri arasında şiddətli döyüşlər gedir

Son məlumatlara görə, Hörmüz boğazı ətrafında vəziyyət gərgin olaraq qalır. İran və ABŞ arasında artan qarşıdurma fonunda bölgədə hərbi əməliyyatlar, dəniz blokadası və qarşılıqlı hücumlarla bağlı xəbərlər yayılır. BİG.AZ ABC News-a istinadən xəbər verir ki. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildiri

08.05.2026 309
.

ABŞ donanması 70-dən çox tankerin İran limanlarına giriş-çıxışını bloklayıb

ABŞ donanması 70-dən çox tankerin İran limanlarına daxil olmasına və oranı tərk etməsinə icazə vermir. APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" hesabında məlumat verilib. Bildirilib ki, bu gəmilərin ümumilikdə 166 milyon barel neft daşımaq imkanı var və bu nefti

08.05.2026 282
.

Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər

Mütəxəssislər əlavə avadanlıq almadan evdə Wi-Fi siqnalını necə yaxşılaşdırmağın yollarını izah ediblər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əksər hallarda əlaqə problemlərinin provayderlə və ya routerin nasazlığı ilə deyil, xarici amillərlə bağlı olduğunu hesab edirlər. Siqnalın keyfiyyətin

08.05.2026 309
.

Meteor yağışı olacaq - Bu tarixdə

May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, meteor yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03 radələrində baş verəcəyi gözlənilir

08.05.2026 299
.

Xəlil Göyüşov camış əti aşkarlanan "Ramin-Nur"un adını dəyişdi (FOTO)

Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim edərək istehlakçılar

08.05.2026 259
.

TOP MP3